“Beynindəki qız tipini axtarana kimi…” - Əli Nazlı haqda

beynindeki-qiz-tipini-axtarana-kimi
Oxunma sayı: 2985

“Yeşilçam” ulduzu Kamal Sunalın aktyor oğlu Əli Sunal “Posta” qəzetinə müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, əslən Azərbaycandan olan nişanlısı Nazlı Qurbanzadə barədə danışıb. 

Aktyor deyib ki, Nazlı ilə evlənməyə hazırlaşır və çox xoşbəxtdir: “Xoşbəxt günlər yaşayıram. İnşallah, hər şey belə davam edər və daha gözəl xəbərlərlə qarşınıza çıxaram. Həyatın içində dənizdəki dalğa kimiyəm. Məncə, hamıda belədir. Gah yaxşı oluruq, gah da kefimiz korlanır.  Amma ümumi olaraq əyləncəli biriyəm və münasibətim qaydasındadır”. 

Əli “Hamının beynində ideallaşdırdığı bir sevgili tipi var. Nazlı düşündüyünüz xanımdır” sualına belə cavab verib:

“Düzdür, insan beynində belə bir şəkil çəkir. Amma hamımız qurduğumuz xəyallara inanmırıq və reallaşacağını da düşünmürük. İnsanlar beynindəki qız tipini axtarana kimi neçə çiçək əzib keçir. Bir xəyal üçün gözünün qarşısındakı həqiqi gözəlliyi görmür. Mən amma maraqlı hisslər yaşayıram və bütün gözəllikləri onunla paylaşıram”.