Eynulla Fətullayev Human Rights Watch təşkilatının rəhbərliyi ilə görüşdü

eynulla-fetullayev-human-rights-watch-teskilatinin-rehberliyi-ile-gorusdu
Oxunma sayı: 667

HRW-ın nümayəndə heyətinə rəhbərlik edən təşkilatın direktor müavini Karol Bogert İnsan Haqları Uğrunda İctimai Birliyinin sədri Eynulla Fətullayevlə Azərbaycanda insan haqları ilə bağlı yaranmış vəziyyəti müzakirə edib. Beynəlxalq təşkilatın nümayəndə heyətinin Azərbaycana səfəri daha çox mülkiyyət hüququnun pozulması hallarının araşdırılması ilə bağlı olsa da, lakin bununla yanaşı E.Fətullayev qonağları təşkilatın insan haqları ilə bağlı digər sahələrdəki, xüsusilə vicdan və siyasi məhbusların durumu, ictimai birliyin həbsxanalarda keçirdiyi monitorinqlərin nəticələri, inanclı insanların və İslam partiyasının üzvlərinin həbsi ətrafında yaranmış vəziyyətlə tanış edib. K.Borget eyni zamanda Quba hadisələrindən sonra həbs olunmuş jurnalistlərin və dövlət məmurlarının hazırki vəziyyəti ilə bağlı E.Fətullayevə suallar ünvanlayıb.