Eynulla Fətullayev kriminal avtoritetlə görüşdü

eynulla-fetullayev-kriminal-avtoritetle-gorusdu
Oxunma sayı: 714

E.Fətullayev monitorinq zamanı xüsusi rejimli cəzaya məhkum edilmiş məhbusların saxlandığı kamera və baraklara baxış keçirib. Cərimə təcridxanasına baş çəkib. Hüquq müdafiəçisi ona şikayət və xahişlə müraciət edən məhbuslarla görüşərək onların problemlərini dinləyib. Sonra isə nöqsanları müəssisə rəhbərliyinin diqqətinə çatdırıb.

Hüquq müdafiəçisinin görüşdüyü məhkumlar arasında daha çox siyasi məhbus kimi tanınan Kəramət Kərimov olub. Surət Hüseynovun yaxın silahdaşı olan K.Kərimova əvvəlcə ömürlük həbs cəzası verilmişdi. 2007-ci ildə isə o, prezident tərəfindən əfv olundu və cəzası 25 ilə endirildi. Hazırda bu cəzanı çəkir. E.Fətullayev bu müəssisədə kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovla da görüşüb. Hüquq müdafiəçisi bu məhbusların saxlanma şəraiti ilə tanış olub, onların saxlandığı kameralara baxış keçirib.

E.Fətullayevin sözlərinə görə, monitorinqin nəticələri ilə bağlı xüsusi hesabat hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunacaq. Qeyd edək ki, “İnsan Haqları Uğrunda” İB-in əvvəlki monitorinqləri kimi bu monitorinqi də Almaniya XİN tərəfindən dəstəklənən “Cəzaçəkmə müəssisələrində alternativ monitorinq” layihəsi çərçivəsində həyata keçirilib.