Eynulla Fətullayev: “Mənə qarşı olan ittihamlar tam saxta idi”

<b>Eynulla Fətullayev: “Mənə qarşı olan ittihamlar tam saxta idi”</b>
Oxunma sayı: 162



“Məni bir ölkədə həbs edib başqa ölkəjə azadlığa buraxdılar”. “Qafqazinfo”nun məlumatına görə bunu həbsdən yenicə çıxmış jurnalist Eynulla Fətullayev evində jurnalistlərlə görüşərkən deyib. O bildirib ki, hazırda özünü evdə və jurnalistlərin əhatəsində xoşbəxt hiss edir: “Mənə qarşı olan ittihamlar tam saxta idi. Bunun bir sonu olmalı idi. Əgər Azərbaycanda həyatıma təhlükə olmasa, o zaman burada qalıb fəaliyyətimi davam etdirəcəyəm”.

Azad edilməsindən şad olduğunu deyən E. Fətullayev əfv edilməsini prezidentin milli mənəvi dəyərlərin təcəssümü kimi qiymətləndiririb.

Qeyd edək ki, hazırda E. Fətullayevin evində çoxlu sayda jurnalistlər, siyasətçilər və hüquq müdafiəçiləri var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi