Beyons azərbaycanlı dizaynerin kolleksiyasından geyindi - Foto

beyons-azerbaycanli-dizaynerin-kolleksiyasindan-geyindi
Oxunma sayı: 3007

Dünya şöhrətli müğənni Beyons azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasından geyinib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dizaynerin özü məlumat verib.

O bildirib ki, Beyonsun geyindiyi qara idman dəsti onun 2018-ci il kolleksiyasına daxildir: “Füsunkar Beyonsu 2018-in dəbli idman kolleksiyasından olan geyimdə görmək məni çox həyəcanlandırdı”.