“Beyons evlənənə qədər bakirə qalmaq istəyirdi”

beyons-evlenene-qeder-bakire-qalmaq-isteyirdi
Oxunma sayı: 2361


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beyonsun ilk sevgilisi maraqlı açıqlamalar verib. İndiki əri Jay-Z ilə 20 yaşından bəri birlikdə olan Beyons daha əvvəl Lyndall Locke ilə bərabər olub. Lyndall Locke illər sonra indi dünyanın ən gözəl qadınlarından biri olan müğənniyə xəyanət etdiyini bildirib.

"Beyons evlənənə qədər bakirə qalmaq istəyirdi. Onun kimi gözəl bir qadına kim xəyanət edər? Bəli, mən o adamam. Amma bu hadisə ürəyimdə yara olub. Jay-Z ilə birlikdə olmağa başlayanda onu həmişəlik itirdiyimi anladım. Yenə də məni hər zaman sevəcəyini bilirəm".