Beyons milyarderlə dostluğunu bitirdi - Adı təcavüzdə hallanır

beyons-milyarderle-dostlugunu-bitirdi
Oxunma sayı: 2160

Dünyaca məşhur müğənni Beyons “Topshop”un sahibi Philip Greenlə dostluq münasibətlərinə son qoyub.  “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb tanınmış biznesmenin adının təcavüzdə hallanmasıdır. 

Bundan əlavə, pop ulduz 2016-ci ildən Greenlə birgə sahib olduğu “Ivy Park” geyim brendini də tək idarə etmək qərarına gəlib.  O, zorlamada adı hallanan milyarderlə iş münasibətlərinə son qoyub. Məlumatı Beyonsun meneceri təsdiqləyib. 

Bu məqamda bildirək ki, “Daily Telegraph” qəzeti ötən ay Greenin 5 xanım əməkdaşını zorladığını iddia etmiş, hadisə ilə bağlı gizli araşdırma aparılmışdı. İş adamı isə açıqlamasında ittihamları qəbul etməmişdi.