Beyonsun əkizləri təhlükədədir

beyonsun-ekizleri-tehlukededir
Oxunma sayı: 848

Amerikalı pop ulduz Beyonsun yeni dünyaya gələn əkizlərinin həyatı təhlükədədir. 

“Qafqazinfo” TMZ-yə istinadən xəbər verir ki, ötən həftə dünyaya gələn körpələrin xəstəxanada nəzarətə götürüldüyü məlum olub. 

Bunun səbəbi isə müğənnin erkən doğuş etməsi olub. Beyons və Cey Z isə 8 gündür ki, Los-Angelesdəki səhiyyə ocağından ayrılmırlar. Əkizlər küvəzdə saxlanılır və erkən doğulan uşaqlar üçün daha çox rast gəlinən sarılıq xəstəliyinə qarşı tədbirlər görülür. 

Xatırladaq ki,  Beyons və əri doğuş üçün xəstəxananın 4-cü mərtəbəsini bütünlüklə kirayələmişdilər. Bunun üçün onlar 1,3 milyon dollar ödəmişdilər. 

Qeyd edək ki, cütlüyün Blu Ayvi adlı 5 yaşlı qızı var.