“Bəzən Elmarla məni səhv salırlar” - Çavuşoğlu

bezen-elmarla-meni-sehv-salirlar
Oxunma sayı: 2056

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bənzərliyindən danışıb.

“Qafqazinfo”  “gazetavatan”a istinadən xəbər verir ki, Çavuşoğlu jurnalistlərin onunla Məmmədyarovu bəzən səhv saldıqlarını deyib: “Latın Amerikası, Körfəz ölkələrində “brother” (qardaş) dediklərimiz var. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görünüşcə də oxşayırıq, bəzən bizi səhv salırlar. Görüşlərdə Azərbaycanla bağlı suallar veriləndə düşünürdüm ki, türk olduğum üçün soruşulur. Əslində, Elmarla səhv salırmışlar. Bir dəfə təyyarədə ondan Türkiyə ilə bağlı söz soruşublar. O da məsələni gec başa düşüb”.  

Aysel Kərimova