“Bəzən zəif rəqibə daha çox hücum etmək istəyirsiniz” - Fabreqas

“Bəzən zəif rəqibə daha çox hücum etmək istəyirsiniz”
Oxunma sayı: 1166

Çempionlar Liqasının ilk turunda “Çelsi” təmsilçimiz “Qarabağ”a  6:0 hesabı ilə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, matçdan sonra londonluların yarımmüdafiəçisi Sesk Fabreqas matçla bağlı danışıb: 
 
“Uzun müddət idi ki, Çempionlar Liqasında oynayacağımız vaxtı gözləyirdik. Nəhayət, həmin zaman yetişdi. Bu, yaxşı preformans, əla nəticə idi. Qolların qrupun son nəticəsinə necə təsir edəcəyini deyə bilmərik, ona görə də belə davam etməliyik. Bəzən zəif rəqibə qarşı daha çox hücum etmək istəyərsiniz, bəzən isə yox. Amma bu gün hamının yaxşı oynadığını düşünürəm. Şəxsən mən çox yaxşı idim və biz komanda şəklində geri döndük. Ancaq buna ən yaxşı oyunumuz olduğunu demək olmaz”.
 
İspaniyalı futbolçu həmçinin “Çelsi”ni qarşıda çətin oyunların gözlədiyini də bildirib: 
 
Biz yavaş-yavaş artırırıq. İndi yalnız bazar günü baş tutacaq “Arsenal”la oyunu gözləyirik. Bizim üçün ağır perioddu. 21 gündə 7 oyun keçirəcəyik. Bu gün baş məşqçi 5 dəyişiklik etmişdi. Keçən il belə deyildi. Çünki Çempionlar Liqasında oynamırdıq”.  
 
Qeyd edək ki, Fabreqas dünənki matçda fərqlənə bilməsə də, qollardan birinin ötürməsini verib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi