“Bəzi maliyyə problemləri var” - Firdovsi Umudov

bezi-maliyye-problemleri-var
Oxunma sayı: 2094

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb. 

Ötən gün çempionatdan qayıdan AGF-nin 1-ci vitse-prezidenti və sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov və ikinci dəfə Avropa çempionu adını qazanan Hacı Əliyevin iştirakı ilə mətbuat konfransı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, yığmanın çalışdırıcısı Firdovsi  Umudov bir sıra maraqlı məqamlara aydınlıq gətirib.

O, federasiyadakı maliyyə problemlərindən danışıb: “ Maliyyə problemlərinin həll edilməsi üzərində iş gedir. Yaxınlarda Dünya Güləş Birliyinin prezidenti Bakıda oldu və Azərbaycan Prezidenti, eləcə də gənclər və idman naziri Azad Rəhimovla görüşdü. Bəzi məsələlər var ki, gələcəkdə həllini tapacaq. Oğul ona deyirəm ki, çətin zamanlarda özünü doğrultsun. Sözsüz ki, hər kəsin ailəsi var. Onlar üçün çalışıb-vuruşurlar. Maliyyə problemləri oldu-olmadı öz işimizə davam edirik. Problemlərin həllini tapacağını gedişatdan hiss edirəm. Kimdə nə problem olsa, onları yuxarı səviyyədə qaldırmaq mənim borcumdur. Çalışırıq ki, bu kimi məsələlər həll olunsun. AÇ-yə görə mükafatın olub-olmayacağını da bilmirəm”. 

Umudov AGF-dən gedəcəyi ilə bağlı gəzən xəbərlərə də münasibət bildirib: “Bu, problem deyil. Nə qərar verilərsə, onunla razılaşmağı özümüzə borc bilirik. Əsas odur ki, nəticə olsun. Necə məsləhət olsa, elə də edərik. 

Təcrübəli çalışdırıcı sabiq nazir Fazil Məmmədovun AGF-nin prezidenti postundan gedəcəyi ilə bağlı suala da cavab verib: “Bu qərarı mən vermirəm. Mən mütəxəssis kimi iş aparıram”.