Bəzi rayonlara qar yağacaq

bezi-rayonlara-qar-yagacaq
Oxunma sayı: 1381

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin gecə və səhər dumanlı, çiskinli, gündüz qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Nigar Məmmədli