Bəzi yerlərdə yağış gözlənilir

bezi-yerlerde-yagis-gozlenilir
Oxunma sayı: 649

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

İyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Nigar Məmmədli