“Bəziləri hətta yəhudi olduqlarını gizlətməli olur” - Reuven Rivlin

bezileri-hetta-yehudi-olduqlarini-gizletmeli-olur
Oxunma sayı: 1781

İsrail prezidenti Reuven Rivlin bütün dünyada, o cümlədən Avropa ölkələrində antisemitizm və neonasizm təhlükəsinin yüksəldiyi bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, Holokost qurbanlarının beynəlxalq anım günü münasibətilə xarici səfirlərin qarşısında çıxış zamanı bunu söyləyib.

“Son vaxtlar antisemitizm, irqçilik və neonasizm ideyalarının yayılmasını müşahidə etdirik. Biz antisemitizmin bütün dünyada təzahürlərini görürük. Belə bir mühitdə yəhudilər özlərini az təhlükəsizlikdə hiss edir, bəziləri hətta yəhudi olduqlarını  gizlətməli olur”,-deyə prezident əlavə edib.