Əzizbəyov metrosunun adı dəyişdi

ezizbeyov-metrosunun-adi-deyisdi
Oxunma sayı: 5973

. Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulov ANS PRESS-ə açıqlamasında bildirdi ki, stansiya dekabr ayının axırlarında şəhər əhalisinin istifadəsinə veriləcək. Noyabr ayından təmirə dayandırılan stansiyanın adı da dəyişdiriləcək.

“Stansiyaya qəhrəmanlıq dastanlarından birinin adı veriləcək. “Koroğlu”, “Babək”, yaxud “Dədə-Qorqud”. İndi prezidentin sərəncamını gözləyirik”, - deyə Arif Rəsulov vurğulayıb.

Qeyd edək ki, stansiyanın yerüstü binası pirmida formasında şüşə konstruksiyadan tikilib. Stansiyada aparılan yenidənqurma işləri nəticəsində yeni giriş və çıxışlar tikilib. Stansiyaya gedən yeraltı keçidlərin yeri dəyişdirilib, daxili interyer yenilənib, tavan 6 metr 45 sm hündürlüyədək ucaldılıb.