“Əzizbəyov” stansiyası bağlanır

ezizbeyov-stansiyasi-baglanir
Oxunma sayı: 694

Bu barədə musavat.com-a metronun tikintisi ilə məşğul olan iş icraçıları məlumat verib.

Onların sözlərinə görə metronun yeni görkəmi piramida şəklində olacaq. “İçərişəhər” metro stansiyasına oxşar şəkildə tikilən stansiya şüşədən olacaq. Metronun təmirə qapadılamsı bir çox problemlərə səbəb olub. Xüsusilə Bakı kəndlərinin sakinləri artıq sabahdan şəhərə “Ulduz” metrostansiyasında gedə biləcəklər. Qatarlar stansiyanı dayanmadan keçəcək . Məhdudiyyətlərlə əlaqədar son dayanacağı “Məşədi Əzizbəyov” stansiyasının qarşısı olan avtobus marşrutlarının sxemində də dəyişiklik edilib. 7, 311, 198, 198T, 148, 262, 319, 227, 304 saylı marşurut avtobusları metronun “Ulduz” stansiyasına kimi hərəkət edəcək. Stansiyanın dekabrın sonuna kimi istifadəyə verilməsi gözlənilir.