Facebooka “Zaman Tunel”i gəlir

facebooka-zaman-tuneli-gelir-
Oxunma sayı: 657

Bəs "Zaman Tuneli" lazımdırmı?

İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Facebookun "Zaman Tuneli" görünüşü gəlir və yaxında hamımız profilimizi "Zaman Tuneli" olaraq görməyə başlayacağıq.

Bu, bizim istəyimizə bağlı olmayacaq və istər bəyənək, istərsə də yox, Facebooku daha çox məlumat paylaşmasına uyğun hala gətirən bu dizayn ilə istifadə edəcəyik.

Zaman Tunelinə ehtiyacımız varmı?

Mark Zuçkerberg, "Zaman Tuneli" üçün "həyatınızın hekayəsi"-di deyir. Yeni dizaynda istifadəçilərin keçmişdən bu günə qədər olan bütün yazıları saxlanılır və onun həyatının bütün anlarını bir hekayə kitabı kimi saxlayır.

Zaman Tuneli, böyük bir sütunla başlayır. Bura qədər hər şey gözəl, ancaq onun altında davam edən iki sütun kompleks görünür. Məlumatlar, ortadakı xəttdə olan bir nöqtəni göstərir və tarix sırasını izləmək üçün sütunlar arasında ziqzaq çəkmək lazımdır. Sağ üstdəki iki sütunun da Zaman Tunelinin bir parçası olmaması başları bir az da qarışdıra bilər.


"Zaman Tuneli" istifadəçilərdən daha çox gizli məlumatları yerləşdirməyi tələb edir. İstifadəçilər öz gizli məlumatlarını yerləşdirdiyi halda başqalarının bu məlumatlardan sui-istifadə etməyəcəyinə heç kim sığortalana bilməz. Hətta yeni sistem istifadəçilərin dostları haqqında da ətraflı məlumaatın verilməsini icbari edir.


Mütəxəssislər Facebookun yeni sisteminin kəşfiyyata yardım edəcəyini və insanlar haqqında daha rahat şəkildə məlumat əldə edəcəyini bildirirlər.