Facebookda inək axtarılır

facebookda-inek-axtarilir
Oxunma sayı: 677

Avtomabil yolunda inəyin yarada biləcəyi tıxacın insanların həyatını təhlükəyə atacağından əndişəyə düşən hüquq-mühafizə orqanları heyvanı axtarışda olanlar siyahısında ən başda yazıblar.
“Qafqazinfo”nun Türkiyə mətbuatından əldə etdiyi məlumatda qeyd olunur ki, ovçulara inəyi vurma icazəsi verilməsi heyvan haqları müdafiəçilərinin etirazına səbəb olub. Heyvan haqları müdafiəçiləri inəyi qorumaqdan ötəri onun diqqətini cəlb etmək üçün “Ernst” adlı öküzü meşəyə buraxıblar. Lakin onların bu planı da bir nəticə verməyib.

Facebook sosial şəbəkəsində inəyi polisdən əvvəl yaxalamaq üçün müxtəlif üsullar müzakirə edilir. Facebookda inəyin axtarışı üçün yaradılan səhifəyə üzv olanların sayı artıq 10 min nəfəri keçib.