Faiq Rəqsanəni döydü - Şok

faiq-reqsaneni-doydu-sok
Oxunma sayı: 674





Müğənni Rəqsanə İsmayılova sevgilisi Faiq tərəfindən döyülüb. ANS PRESS-in məlumatına görə, insident 07.11.2011 tarixində axşam saatlarında Heydər Əliyev adına Hava Limanında müğənni saat 17:15-də Kiyev - Bakı reysi ilə vətənə qayıdandan sonra hava limanında baş verib.

Adının hallanmasını istəməyən şahid gördüyü mənzərəni belə təsvir edir; Rəqsanənin yanında tanınmış rejissor-prodüser Zorik və iki cangüdən var idi. Onları daha iki nəfər qarşıladı və dava-dalaş da bu zaman başladı. Söhbətlərindən birinin adının Faiq olduğu məlum oldu. Çünki Rəqsanə tez-tez onun adını çəkirdi. Faiq və qardaşı bütün camaatın içində Rəqsanəni və Zoriki nalayiq söyüşlərlə təhqir edərək döymək istəyərkən müğənninin cangüdənləri buna mane oldular. Cangüdənlərin müdaxiləsi ilə müğənni və prodüser canlarını onların əlindən qurtara biliblər. Bu zaman Elməddin və Elvin adlı cangüdənlərlə Faiq və qardaşı arasında əlbəyaxa dava baş verib və cangüdənlər onları əzişdirib.

Şahidin dediyinə görə, səs-küyə gələn hava limanının polisləri hər iki tərəfi hava limanının ərazisindəki polis məntəqəsinə aparıblar. Tərəflər izahatları alındıqdan sonra evə buraxılıblar. 5-6 saat polis məntəqəsində saxlanılan cangüdənləri isə Rəqsanə ilə olan müqavilələri polis idarəsinə gətirildikdən sonra azad buraxılıblar.

Qeyd edək ki, Hava Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsindən ANS PRESS-ə faktı təsdiqlədilər. İdarədən aeroportda müğənni ilə bağlı insident yaşandığı bildirilsə də, ətraflı məlumat verilmədi.

Müğənni Rəqsanə isə ANS PRESS-ə açıqlamasında baş verənləri təkzib etdi. Sevgilisi ilə münasibətlərinin çox yaxşı olduğunu deyən müğənni Elməddin və Elvinin onun cangüdənləri yox, dostları olduğunu söylədi. Daha sonra isə ümumiyyətlə bu barədə yazmamağımızı istədi.

Müğənninin köməkçisi Təranə Səmədova ötən həftə keçirdiyi avtomobil qəzasında aldığı xəsarətdən qolları gipsdə olduğundan telefonuna anası cavab verdi və ağrıları olduğundan hazırda qızının dərman qəbul edərək yatdığını və Rəqsanənin başına gələnlərdən xəbərsiz olduqlarını bildirdi. Yalnız bir saatdan sonra Təranə ilə danışa bildik. İnsidentdən xəbərsiz olduğunu söyləyən Təranə bunları dedi: "Bildiyimə görə, Faiq ümumiyyətlə Rəqsanəni qarşılamağa getməyib. Mən yalnız bunu deyə bilərəm".

Zöhrab Ağayev isə nəinki xəbəri təsdiqləmədi, hətta bu xəbərin yayılmasında kimləri isə günahlandırdı: "Mən bilirəm bu xəbərləri kim yayıb. Bu hadisəyə gəldikdə elə bir şey olmayıb. Bircə onu deyə bilərəm ki, bəli, mən srağagün Kiyev-Bakı reysi ilə gələn Rəqsanəni qarşılamışam".

Qeyd edək ki, 6 noyabrda Xarkovda azərbaycanlıların toy mərasiminə dəvət alan müğənni Rəqsanə İsmayılova müəyyən səbəblər üzündən 5 noyabrda bilet aldığı Bakı - Kiyev reysi ilə uça bilməyib. Müğənni təxirə salınan uçuşunu 6 noyabrda səhər reysi ilə reallaşdıra bilib və 7 noyabrda Bakıya dönüb.