Fars millətçiliyinin üç üzü

fars-milletciliyinin-uc-uzu
Oxunma sayı: 951

Üçüncü Mərhələ: İranlılıq

İranlılıq cərəyanı öz əhatə dairəsində qərb, İran və İslam faktorlarını birləşdirən, İrandakı müxtəlif etnik, dini və dil qruplarının varlııını qəbul edən bir cərəyandır. Bu cərəyan İranın siyasi həyatında geniş bir auditoriyaya malikdir və fars millətçiliyinin yeni tarixi dövründə meydana gəlmişdir. Yeni iranlılıq anlayışı İrandakı siyasi çıxışların ortaq çıxış nöqtəsinə çevrilməkdədir. Bunun paralelində İranda yeni ziyalı modeli də meydana gəlmişdir. Yeni İran ziyalısı İranın müasir tarixindəki ifrat fikri hərəkatları cilalayaraq nizama salan, demokratiya, vətəndaş cəmiyyəti və qərbçiliyi yerli ənənələrə uygunlaşdırmağa çalışan rasionalist ziyalı nəslidir.

1924-1979-cu illərdə hakimiyyətdə olmuş müasir fars millətçiliyinin və 1979-cu ildə hakimiyyətə gəlmiş ənənəvi fars millətçiliyinin, eyni zamanda kommunizmin siyasi iflası yeni İran ziyalısı modelinin meydana gəlmə səbəbləridir. Qasaca desək bu model, fars millətçiliyinin, İran siyasi İslamının və İran marksizminin iflasından sonra təşəkkül tapmışdır.[39]Yuxarıda da dediyimiz kimi bu ziyalı modeli geniş əhatə dairəsinə malikdir. İqtidardakı islahatçılardan müxalifətdəki bir çox şəxsləri və qrupları özündə birləşdirməkdədir. Formalaşmış ən yeni fars millətçiliyi bu yeni ziyalıların düşüncəsinin məhsuludur.

Yeni ziyalılar dindar sektor arasında Ziyalı Dini Hərəkatını yaratmışdılar. Bu ziyalı qrupu mahiyyətlərinin tələbi olaraq insan və Allah, din və modernizm, din və dövlət əlaqələrinə yeni, tənqidi nöqteyi nəzərdən baxmaıa başlamışdırlar. İrandakı dini üsuli idarənin zəif cəhətlərinin aradan qaldırılması yollarını İran ictimaiyyətinin daxilində və dövrün tələbləri ilə ayaqlaşmaqda axtarmaıa başladılar. Onlar dövrün tələbləri ilə ayaqlaşan, milli kimlik və istiqlaliyyəti qoruyan[40] və dini qayğıları olan bir cəmiyyət formalaşmaq məfkurəsinə sahibdirlər. Ziyalı Dini Hərəkatı İrandakı islahatçı hərəkatın ideoloji təməli hesab olunur. Bu gün Seyid Məhəmməd Xatəmi, Əbdulkərim Suruş və Möhsün Kədivər kimi şəxslər bu cərəyanın ən məşhur simalarındandır.

S.M.Xatəmi İran cəmiyyətini böhranlı cəmiyyət kimi səciyyələndirir. Bu qərb sivilizasiyasının hegemoniyasından qurtuluş yolunu axtaran bir cəmiyyətin böhranıdır. Böhran əcnəbi kimlikdən uzaqlaşaraq öz bəşəri, mədəni və tarixi kimliyinə sahib çıxmaq istəyən bir cəmiyyətin böhranıdır. Yeni bir sivilizasiya doğulurdu. Doğulan sivilizasiya özü ilə birlikdə geniş əhatə dairəsinə sahib böhranı da gətirmişdi. «Biz İslama əsaslanan bir həyat tərzi qurmaq və başqa sözlə yeni sivilizasiyanın son dövrlərində İslam sivilizasiyasını qurmaq istəyirik”. Xatəmiyə görə «yeni sivilizasiyanın yaranma dövründə meydana gələn böhrandan əndişə duymaq və onu qarşılamaq lazımdır. Bu dövrün əsl tələbi yaşadııımız tarixi şəraitin əsl problemini dərk etək və onu həll etməyə çalışmaqdır Xatəmiyə görə əsl problemlər bunlardır: 1. Gələcəkdə hansı yolu seçəcəyik? 2. Qərbin aqibəti necə olacaqdır.

Göründüyü kimi Xatəmi «yeni sivilizasiyanın yaranması» intizarındadır və İran İslam inqilabını bu istiqamətdə atılmış ilk addım kimi səciyyələndirməkdədir. Xatəmi birinci suala cavab verə bilmək üçün İran İslam inqilabının üzləşdiyi problemlər, ehtiyaclar və çıxılmazlıqları dərk etməyə ehtiyac olduıu fikrindədir. İkinci sualın cavabında isə Xatəmi qərbin «nə olduıu», «necə olduıunu», «hansı mərhələdə olduıunu» analiz etməyə çalışmışdır. Xatəmi qərb faktorunun yeni sivilizasiy insanının həyatında böyük əhəmiyyət kəsb etdiyinə inanır və yeni dövrü qərb sivilizasiyasının hegemonluq dövrü olaraq səciyyələndirir. Xatəmiyə görə bu günə qədər İranda qərblə baılı üç cür mövqe nümayiş etdirilmişdir: 1- Mütləq təslimiyyətçilik və itaət 2- Mütləq inkar 3- Özünə güvənmə və əsl İslama əsaslanan mövqe. Xatəmi birinci və ikinci münasibəti rədd edir. Xatəmiyə görə qərbə nə təslim olmaq nə də onu inkar etmək lazımdır. İslama və milli mədəniyyətə əsaslanaraq qərblə münasibətləri tənzimləmək lazımdır. Onun qənaətinə görə qərbin iki üzü vardır, siyasi və fikri üzü. Bu ikisi bir birindən fərqlənir. Qərbin siyasi üzü əsl faciədir. Qərbin siyasi üzü ilə qarşı qarşıya durmaq bizim üçün ölüm qalım döyüşü olacaqdır. Siyasi üzü ilə qərb nə bizi nə də heç bir milləti və qövmü müstəqil, azad və özü öz taleyinə sahib olaraq görmək istəmir. Qərbin bir digər üzü isə fikri üzüdür. Onun siyasi üzünün xaricində bir fikirlər və dəyərlər sistemi vardır, onu tanımaq və ondan faydalanmaq lazımdır.

Xatəmi qərbi bir neçə ölçülü faktor və özünə qarşı müxtəlif münasibətlərə möhtac olan bir tarixi reallıq kimi səciyyələndirir. Qərb qarşısında inkarı və təslimiyyətçilik yolunu qəbul etməyən Xatəmi, ona qarşı dini-milli özgüvənə əsaslanan münasibət formasını ön plana çıxarır.

«Biz böyük keçmişə malikik. Bizim keçmişimiz iranlı, müsəlman və İslam mədəniyyətidir. Gəlin öz kimliyimizi tanıyaq. Biz gələcəyə hazır olmaq üçün, keçmişə qayıtmalıyıq. Bu keçmişdə qalmaq demək deyil. Belə ki, bizim kimliyimizin kökləri keçmişdədir».«İki növ biliyə malik olmasanız siz gələcəkdə özünüzə yer tapa bilməzsiniz, birinci kimliyimiz və öz keçmişimiz, ikinci müasir dünya yəni qərb haqqında bilik». Xatəmi İran cəmiyyətini milli kimliyə qayıdışa səsləyir. Onun qənaətinə görə İran milli kimliyi İslam və iranlılıqdan mütəşəkkildir. İran milli kimliyinin formalaşmasında İslam mühüm rolu oynamaqdadır. İranlının milli kimliyindən İslamı silib atmaq istəyənlər böyük səhvə yol verirlər. Eyni zamanda İslamı əsas tutaraq iranlılıığ inkar edənlər də səhvə yol verirlər. Xatəmiyə görə İran etnik, dil və din müxtəlifliyindən meydana gəlmiş bir ölkə olsa da iranlılıq faktoru bütün bunların fövqündə olan bir faktordur. İranlı kimliyi sünni-şiə, fars-türk ünsürlərini öz içində birləşdirir. Onun başqa bir sözü ilə desək «İran bütün İranlılarındır.

Yeni ziyalı amili, dini ictimaiyyət içində özünü Ziyalı Dini Hərəkatı formasında göstərdi. Bu cərəyan «din qayığısı olmayan», fəqət «İran qayıısı olan» klassik ziyalı tipindən çox fərqlənən yeni politoloq və tarixçi nəsli meydana çıxarmışdı. Yeni ziyalılar İranın siyasi sistemindəki totalitar quruluşu, tarixi və ictimayi prizmadan baxaraq analiz etmə təmayülündədirlər. Yeni ziyalılar İranın siyasi sistemindəki totalitarizmin və despotizmin tarixi, ictimayi və mədəni təşəkkül üzərində meydana gəldiyi fikrindədirlər. «Despotizmi ictimayi və mədəni ünsürlərdən təcrid edərək analiz etmək qısır bir mübahisəyə girmək deməkdir. Bu üsulla xalqı məlumatlandırmaıa çalışan ziyalılar xalqın «eşşəkləşməsinə» səbəb olacaqdırlar. Belə təfəkkür tərzinin özü despotizmin meydana gəlmə səbəblərindən biridir. Bu iki faktor (despotizm və totalitarizm) ictimayi və mədəni münasibətlər çərçivəsində meydana gəlmişdir. Bu cəmiyyətin və mədəniyyətin tərkib hissəsi olan amillər mövcud olduıu müddətcə despotizm də var olmaıa davam edəcəkdir. Bu iki faktor bizim milli varlııımızı təhdid etməkdədir. Bu yeni ziyalı nəsli din, tarix və siyasi sistemi tənqid etməyə başlamışdılar. Əli Rza Güli, Sadiq Zibakəlam bu cərəyanın öndə gedən ziyalılarındandırlar.

Sadiq Zibakəlam 1947-ci ildə Tehranda dünyaya gəlmişdir. 1990-cı ildə İngiltərədə siyasi elmlər sahəsində doktorluq dissertasiyası müdafiə etmiş Zibakəlam Tehran Universitetinin professorudur. Zibakəlam İranın geri qalma səbəblərini araşdırmışdır. Bu istiqamətdə apardığı araşdırmalarında Zibakəlam əsasən milli kimlik, tarix, mədəniyyət və qərbçilik mövzularını tədqiq etmişdir. Zibakəlama görə iranlı təfəkkürü hər şeydə konspirasiya axtarma xəstəliyinə tutulmuşdur. Bu tərz təfəkkür sahibi olan insanlara görə:

- İranda hər şey əcnəbilərin istəyi ilə və onların nəzarətində baş verir.

- İranın geriliyinin səbəbi əcnəbilərdir.

Zibakəlamın qənaətinə görə bu təfəkkür tərzi geriliyin səbəblərini ölkə daxilində axtarıb müəyyənləşdirməyə mane olur.[50] Onun fikrincə «uıurların və uıursuzluqların, yaxşılıq və pisliklərin, tərəqqi və geriliyin məsuliyyəti cəmiyyətin daxili ilə baılıdır və cəmiyyət içində mövcud olan qarşılıqlı münasibətlər çərçivəsində araşdırılmalıdır. Zəbakəlam «biz necə biz olduq?»( Ma Çequnə Ma Şodim? (Biz Necə Biz Olduq?). Bu Zibakəlamın ən məşhur əsərinin adıdır. sualına cavab tapmağa çalışmışdır». Sadiq Zibakəlam müasir İranın geriliyinin səbəblərini dərk etmək üçün İran tarixini “yenidən oxumaıa” başladı və bu istiqamətdə bütün konspirasiya nəzəriyyələrini rədd etdi. O, İranın geriliyinin səbəblərini belə sıralayırdı: Orta Asiyadakı qövm və qəbilələrin hücumu, elm ocaıının sönmüş olması, ictimayi və mədəni təşəkkül, məskun ərazilərin bir birindən uzaq olması, qəbilə həyatı, iqtidarın çox güclü olması, qəbiləçilik və regionçuluq, İranı iqlimi, suyun azlııı və dövlətin suyun nəqlindəki rolu. Bu səbəblər İranın geriliyinin və milli kimlik böhranının başlıca səbəbləri idi. İctimayi və tarixi amillər İranın milli kimliyinin meydana gəlməsinə mane olmuşdur.

Zibakəlama görə İranın etnik mozaikası çox rəngarəngdir. Bu etnik qrupların ictimayi adaptasiya və həmrəylik problemi çox ciddi və mühüm problemdir. «Ərəb, kürd, bəluc, sünni və şiənin özlərini bir bütünün içində hiss edə bilmələrini, yəni onların «biz» ətrafında toplanmalarını təmin edə bilmişikmi?». Biz özünü müxtəlif formalarda biruzə verən millətçilik problemi ilə üz üzəyik. Zibakəlama görə həm Pəhləvi sülaləsi həm də İslam inqilabı milli kimlik meydana gətirməkdə müvəffəqiyyətsizliyə uğramışdılar. Hər iki üsuli idarə “milli kimlik” deyil “təhlükəsizlik” problemini ön plana çıxarmışdılar. Halbuki milli kimliyi təşkil etmədən təhlükəsizliyi və torpaq bütünlüyünü təmin etmək mümkün deyildir. Belə vəziyyətdə hər zaman millətçi hərəkatlar fəaliyyətə keçirlər. Zibakəlama görə milli kimlik probleminin ən mühüm sualı milli kimliyimizin nə olduğudur. «Biz kimik?» və iranlı dedikdə nə başa düşmək lazımdır? Bizim kimliyimizi təşkil edən şiəlikdirmi? Bizim kimliyimizi təşkil edən fars dilidirmi? Zibakəlam öz suallrına özü belə cavab verirdi. O, fars dilini və mədəniyyətini, şiə məzhəbini, İran bayrağını və İran coğrafiyasını İranın milli kimliyini təşkil edən ünsürlər olaraq qəbul edir. Zibakəlam yuxarıda sadaladııımız ictimayi, siyasi və tarixi səbəblərdən ötrü İranda milli kimlik və onun doğurduğu milli həmrəylik və adaptasiyanın meydana gəlmədiyini açıqlamaıa çalışmışdır.

1997-ci ildə Xatəminin hakimiyyətə gəlməsindən sonra İranda yeni jurnalist nəsli peyda oldu. Bu jurnalistlərin əksəriyyətini İran dövlətinə mənsub şəxslər təşkil edirdilər. İstixbarat (xüsusi xidmət), ordu və dövlətin digər siyasi qurumlarından çıxmış bu jurnalistlər dövlətin rəsmi və mühafizəkar tarixi, ictimayi, siyasi və dini düşüncələrini tənqid etməyə başlamışdılar. Bunlar “vətəndaş cəmiyyəti”, “azadlıq”, “demokratiya” və “plüralizm” şüarlarına əsaslanaraq İranın siyasi sistemində islahatların həyata keçirilməsinə cəhd göstərmişdirlər. Yeni jurnalist dalgasının ən tanınmış siması Həmid Rza Cəlayipurdur. Cəlayipur «Cameə» (İctimaiyyət) və «Tus» qəzetlərini nəşr edərək bu cərəyanın lideri olmuşdur. Cəlayipura görə İrandakı islahatçılar mövcud olan «rəddedici ictimaiyyətdən» (exclusive society) «cəlbedici ictimaiyyətə» (inclusive society) doğru hərəkət edirdilər. Meydana gələcək cəmiyyət İran və İslam təməlləri üzərində qurulacaqdır. Cəlayipura görə İslam respublikası hətta öz qurucularını belə ehtiva edən rəddediciliyə yuvarlanaraq dövləti legitimlik böhranına salmışdır.

İran İslam Respublikası hər cür müxtəlifliyi və rəngarəngliyi rədd edərək monoton bir cəmiyyət qurmaq əzmindədir. «İdeoloji tərəfdarlıq» əsasında qurulmuş dövlət «mən» və «digərləri» prinsipinə əsaslanaraq cəmiyyətdə mövcud olan müxtəlifliyi danmaq və səngitmək yolunu tutmuşdur. Cəlayipur vətdəndaş cəmiyyəti, plüralizm və dövlətin ideoloji tərəfsizliyini çıxış yolu olaraq təqdim edir. Cəlayipurun İran milli kimliyinə və etnik problemə baxışı da bu çərçivədə dəyərləndirilməlidir. Cəlayiypura görə kimliklərin vətəndaş cəmiyyəti və siyasi inkişafa nəzərən öncəlik imtiyazları vardır. Mövcud olan siyasi amillər bu kimliklərin təsiri altındadır. Onun fikrincə İranda vətəndaş cəmiyyəti və siyasi inkişaf müşahidə edilir və İran kimliyi insanlıq, iranlılıq və müsəlmanlıq birliyindən meydana gəlməkdədir.

İran kimliyi etnik, dil və din nöqteyi nəzərindən müxtəliflik ərz edən təşəkkülə sahibdir. Cəlayipur belə hesab edir ki, İran bir çox üçüncü dünya ölkələrinə nəzərən daha artıq öz milli bütünlüyünü qoruya bilmişdir. Bunun əsas səbəbləri iranlı qövm və qəbilələrin müştərək tarixi keçmişə malik olmaları, İslam dini, fars dili və idari təhlükəsizlikdir. Cəlayipur iranlılığı milli kimlik, digərlərini isə qövm və qəbilə kimiliyi olaraq qəbul edir və milli kimlik quruculuıunda digər kimliklərin inkarını vətəndaş cəmiyyəti layihəsinə zidd olduğunu və doğru olmadığını vurgulayır. Cəlayipura görə etnik, qövm və qəbilə kimliklərini inkar etmək kimlik döyüşünü doğura bilər. O, kimlik döyüşünün Pəhləvilərin səhv ictimayi siyasəti nəticəsində meydana gəldiyini düşünür.Cəlayipur etnik problemin həlli üçün federalizmin səhv yol oluduıunu bəyan edir. Onun yerinə plüralizmi təklif edir və deyir ki, İranda etnik, dil və dini qruplar var, onların mövcudluıu qəbul edilməlidir.