“...Faşist, millətçi, irqçi təfəkkürün sübutu” – Bəyanat

fasist-milletci-irqci-tefekkurun-subutu-beyanat
Oxunma sayı: 682

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda 348 üzvə malik Senatda 86-nəfərə qarşı 127 səslə qəbul edilən qanunda “Qanunlar tərəfindən tanınan soyqırımların inkarı qadağan edilr” ifadəsinin mövcud olduğu qeyd edilir: “Prezident Sarkozinin də dəstəklədiyi qanunla Fransada erməni soyqırımının varlığını inkar etmək cinayət sayılacaq. Soyqırımı inkar edənlər 1 il həbs və ya 45 min avro təzminat cəzası ilə mühakimə ediləcək

Böyük Quruluş Partiyas Fransa Senatının erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsini demokratiya prinsiplərinin və fundamental insan azadlıqlarının ayaqlar altına atılması, insanların fikir və ifadə azadlığının qarşısını kobud şəkildə alınması hesab edir. Hansı səbəblə izah edilməsindən asılı olmayaraq, belə bir qanunun qəbul edilməsinin normal məntiqlə izahı mümkün deyil. Əgər doğrudan da türk xalqı digər millətlərə qarşı dözümlü davranmasaydı, normal məntiqlə, bu millətin sonrakı nəsillərinin də zaman-zaman eyni davranış sərgiləməsinə şahidlik etməliydik. Ancaq soyqırım törətməkdə ittiham olunan xalqın içərisində necə olur ki, bu gün on minlərlə erməni öz etnik kimliyini mühafizə etməklə tam hüquqlu vətəndaş kimi rahat yaşayışını sürdürə bilir və Türkiyəni hər hansı bir ölkə ilə dəyişmək fikrini ağlına belə gətirmir. Ancaq, Soyqırıma məruz qalması iddiası ilə məzlum libasına bürünən xalqın içərisində isə fərqli etnik qrupa rast gəlmək mümkün deyil. Bu faktın özü hansı tərəfin faşist millətçi, irqçi təfəkkürə malik olmasını açıqca sübutudur. Məhz bu baxımdan bu qanun nə tarixi, nə hüquqi, nə də ki, mənəvi baxımdan əsaslandırılması mümkün olmayan, yalnız Sarkozinin siyasi maraqlarının və erməni lobbisinin təsiri altında olan senatorların Türkiyə Cümhuriyyətinin istər iqtisadi, istərsə də xarici siyasi uğurlarına qısqanc və qərəzli münasibətinin nəticəsi kimi səciyyələndirilə bilər. Fransa parlamentinin aşağı palatası tərəfindən məlum qanun layihəsi qəbul edildikdən dərhal sonra Böyük Quruluş Partiyası tərəfindən yayılan bəyanatda ermənipərəst qanun layihəsinin qəbul olunmasını dünya ermənilərinin ardıcıl və koordinasiyalı təbliğatının növbəti bəhrəsi hesab edilib və Türkiyə-Azərbaycan lobbiçiliyinin bundan ciddi nəticələr çıxaracağı dərslərin olduğu vurğulanıb. Həmin bəyanatda irəli sürdüyümüz təkliflər öz aktuallığını yenə də qorumaqdadır. Azərbaycan ən yaxın müttəfiqi olan Türkiyə ilə bu məsələdə ciddi həmrəylik nümayiş etdirməli, Fransa ilə münasibətlərini yenidən gözdən keçirməli, və qardaş ölkə ilə birgə addımlar atmalıdır. Çünki, ümumi həm də kifayət qədər güclü düşmənə qarşı mübarizədə uğur əldə etmənin vacib şərti düşünülmüş, ardıcıl, yaxşı uzlaşdırılan və təsirli siyasətin aparılmasıdır. Qardaş Türkiyə Cümhuriyyəti bu məsələdə bizdən gözləntilərini və umduğunu almalı, Azərbaycan iqtidarı da rəsmi Parisə qarşı adekvat davranış sərgiləməlidir. BQPiİndiki halda bu istiqamətdə təxirəsalınmaz ilkin addımlar kimi Azərbaycan tərəfinin bu qanunla Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirən və ermənipərəst mövqeyini rəsmiləşdirən Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırmasını , bu ölkə ilə münasibətlərin və siyasi-iqtisadi əlaqələrin bir daha gözdən keçirilməsini, Azərbaycan Respublikası Milli Məclisinin Fransa ilə Dostluq Qrupunun fəaliyyətinə xitam verilməsini vacib hesab edir.
Partiyamız Fransa Senatının bu qərarını, uydurma soyqırım iddialarını inkar edənlərə cəza verilməsini qərarlaşdıran bu zehniyyəti bir daha kəskin şəkildə pisləyir və ölkədəki bütün ictimai-siyasi qüvvələri bu məsələdə həmrəy olmağa çağırır”.