“Fatmagül” indi də Kənan Doğulu ilə - Aşka sürgün

fatmagul-indi-de-kenan-dogulu-ile-aska-surgun
Oxunma sayı: 702


Keçən ilin yayından fransız fotoqraf Cesar ilə bərabər olan “Fatmagülün suçu ne?” serialının ulduzu Beren Saatın sürpriz əlaqəyə addım atdığı iddia edilir. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktrisanın iki həftə öncə “W Otel”də təşkil olunan ziyafətdə münasibət qurduğu məşhur pop-ulduz Kenan Doğlu ilə yaxınlıq etdiyi məlum olub. Gecədə etdikləri romantik rəqsdən sonra telefonla bir-birilə əlaqə saxlamağa başlayan Beren və Kenan dünən gecə, saatlarla başbaşa romantik şam yeməyi yeyiblər. Masada yalnız olmalarına baxmayaraq müğənni ilə qarşı-qarşıya deyil, yan-yana oturmağı seçən Berenin olduqca xöşbəxt halı diqqət çəkib.

Qeyd edək ki, B. Saatın fransız sevgilisindən ötən həftə ayrılıb. Serialın çəkiliş proqramına uyğun gəlmədiyi üçün Saatın Cesara İstanbula gəlməsini təklif etdiyi, cütlüyün daha sonra dava edərək ayrıldığı məlum olub.

Nigar