Fatmeyi-Zəhra məscidi yenidən bağlandı

fatmeyi-zehra-mescidi-yeniden-baglandi
Oxunma sayı: 901

Yeni Günəşli qəsəbəsində yerləşən Fatmeyi Zəhra məscidi yenidən bağlanıb. Bu barədə “Qafqazinfo”ya məsciddə daimi ibadət edənlərdən biri məlumat verib. Onun sözlərinə görə, ötən axşam polis əməkdaşları məscidə gələrək hamını oradan çıxarıb və məscidin qapısını qıfıllayıblar. Qapının nə üçün bağlanması ilə bağlı dindarlara heç bir məlumat verilməyib.

Məscidin dini icmasının keçmiş rəhbəri Tofiq Rəzizadə isə “Qafqazinfo”ya deyib ki, artıq onun məscidlə heç bir əlaqəsi yoxdur və məscidin nə üçün bağlanmasından xəbərsizdir: Məscid Qafqaz Müsəlmanları İdarəsinin balansına veriləndən sonra mən həmin məscidə getmirəm. Bildiyimə görə QMİ məscidin tikintisini başa çatdırması və dindarların istifadəsinə verməlidir”.

Qeyd edək ki, dünən Məşədi Dadaş məscidində axşam namazından sonra dindarların təziyə mərasimin keçirilməsinə də polis imkan verməyib.