Fazil Məmmədov yanacaqdoldurma məntəqələri barədə əmr imzaladı

fazil-memmedov-yanacaqdoldurma-menteqeleri-barede-emr-imzaladi
Oxunma sayı: 804

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, əmrdə 2012-ci il yanvar ayının 1-nə qədər hazırda Azərbaycan Respublikası ərazisindəki yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatlarının onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilmiş, xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən yeni nəzarət-kassa aparatları ilə əvəz olunması və onların qeydiyyata alınması ilə bağlı bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yeni nəzarət-kassa aparatlarının tətbiqi ilə əlaqədar görüləcək tədbirlərin qrafiki təsdiq edilib.

Nigar Məmmədli