Fazil Mustafa İrana qarşı qadağalardan danışdı

fazil-mustafa-irana-qarsi-qadagalardan-danisdi
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri ABŞ və Avropa İttifaqının İrana qarşı qadağalar tətbiq etmək barədə ehtimal olunan qərarını şərh edərkən BQP Başqanı, millət vəkili Fazil Mustafa söyləyib. Fazil Mustafanın fikrincə, Azərbaycan gücü çatan həddə qədər Qərb ölkələrinin bu addımını dəstəkləməməli və öz ərazisindən İrana qarşı hərbi məqsədlərlə istifadəyə yol verməməlidir: “İran Azərbaycana qarşı təxribat aparan bir ölkədir və hər nə qədər ABŞ-la düşmən münasibətləri olsa da məhz onunla gizli sövdələşmə ilə düşmənimiz olan Ermənistana həyati dəstək verir. Ancaq unutmamalıyıq ki, İrandan da artıq ABŞ, Fransa, Rusiya kimi dövlətlər də Ermənistanı hərbi və maddi yardımla təmin edirlər”.

Fazil Mustafa həmçinin qeyd edib ki, qadağaların tətbiqi zamanı və ya baş verəcək mümkün hərbi münaqişədə ən çox əziyyət çəkən 30 milyondan artıq Güney Azərbaycan türkləri olacaqdır ki, onların da taleyinə biganə qalmamız mümkün deyildir. “Məsələ ilə bağlı rəsmi Azərbaycanın ən yaxın müttəfiqi olan qardaş Türkiyə ilə məsləhətləşmələri intensivləşdirməsi və koordinasiyalı hərəkət etməsi daha məqsədəuyğyn olardı”, -deyə millət vəkili bildiirb.