Fazil Mustafa minimum min manat istədi

fazil-mustafa-minimum-min-manat-istedi
Oxunma sayı: 661

“Qafqazinfo” xəbər verir ki, millət vəkili deyib ki, inflyasiyanın hər ay artdığı, qiymət artımının bazarda tüğyan etdiyi bir vəziyyətdə bu gülünc rəqəmin heç bir əsaslandırması ola bilməz. Fazil Mustafanın fikrincə hökumət müavinət rəqəmi minimum 1000 manat məbləğində müəyyənləşməli və bu sahədə heç olmazsa Rusiya modelinə yaxın bir siyasət izlənməlidir: “Rusiyada hər bir hamilə anaya “Analıq krediti” deyilən bir hesab açılır və 25 min rubl vəsait hökumət tərəfindən qoyulur. Qonşu ölkədə uşaq dövlət qayğısını ana bətnində hissi etməyə başlayır, bizdə isə ancaq dünyaya gələndən sonra. Əgər təcili olaraq ana və uşaqların normal müayinə və müalicəsini, eləcə də yetərli qidalanmasını təmin edəcək sosial siyasət müəyyənləşməsə, sağlam nəsil yetişdirmək barədə boğazdan yuxarı çağırışların heç bir mənası olmayacaq”.