Fazil Mustafadan iki təklif

fazil-mustafadan-iki-teklif
Oxunma sayı: 670

“Qafqazinfo” xəbər verir ki, millət vəkilinin fikrincə, Azərbaycan parlamenti Türkiyə Böyük Millət Məclisi rəhbərliyi ilə məsləhətləşmələr apararaq hər iki ölkənin parlamentinin Fransa Milli Assambleyasınnı qəbul etdiyi məlum Qanuna cavab olaraq “1915-ci ildə Osmanlı İmperiyası torpaqlarında baş verən hadisələri soyqırım kimi tanıyanların məsuliyyəti barədə” Qanun layihəsini hazırlayıb qəbul etməsi zamanı gəlib: “Qanunda müvafiq olaraq hər iki ölkənin ərazisində bu hadisələri soyqırım kimi tanıyanların Fransada olduğu müddətdə və miqdarda cəzalandırılması nəzərdə tutulmalıdır. Əlbəttə ki, bu Qanunu hər iki ölkənin qanunverici orqanı qəbul edərsə, effekti ola bilər”. Fazil Mustafaya görə, Qanunun antidemokratik xarakterindən qorxmağa ehtiyac yoxdur, əgər Fransa öz addımından geri çəkilərsə, dərhal bizim ölkələr də bunun qüvvədən düşməsini təmin edə bilərlər.


F. Mustafa həmçinin parlamentin iclasında valideynləri tərəfindən tərk edilmiş körpələrin həyat və sağlamlığının qorunması üçün dövlətin təcili tədbirlər görməsinin vacibliyini vurğulayıb. Bu məsələ ilə bağlı xüsusi Qanunun qəbul olunmasını təklif edən millət vəkili anonimliyin qorunması şərti ilə körpələrin müvafiq qurumlara təhvil verilməsini ən məqbul yol sayır: “Bu addım həm körpələrin zibil qutularına, küçələrə, zirzəmilərə atılmasının qarşısını alar, həm də bürokratik süründürməçiliyə yol vermədən övladlığa uşaq götürmək istəyən ailələrin arzusunu gerçəkləşdirmək olar. Məlumdur ki, müvafiq qurumlar dürüst məqsədli ailələrə uşaq verilməsi məsələsini illərlə uzatmaqla yanaşı bəzən yüksək məbləğdə rüşvət də tələb edirlər ki, bu da insanlıq qanunlarına kökündən zidd hərəkətlərdir. Hər iki ağrılı problemin çözülməsi üçün sadəcə müvafiq qurumların səmimi iradəsinin ortaya qoyulması yetərli olacaq”.