Fazil Mustafadan insan hüquqları ilə bağlı təklif

fazil-mustafadan-insan-huquqlari-ile-bagli-teklif
Oxunma sayı: 636

Böyük Quruluş Partiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə çıxış edən Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa sənədin hüquqi cəhətdən yüksək səviyyədə hazırlandığını ifadə etməklə yanaşı, onun gələcək aqibətinin korrupsiyaya qarşı mübarizə sahəsində hazırlanmış sənədlərlə eyni olacağından ehtiyat etdiyini bildirib.

Onun fikrincə, bu cür sənədlər bir çox hallarda beynəlxalq təşkilatlara nümayiş etdirmək üçün qəbul olunur və qısa bir zamanda ölkədə tətbiqi unudulur: “Ona görə də bütün insan haqları sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları dərhal keyfiyyətli monitorinq fəaliyyətlərini həyata keçirməyə başlamalıdırlar”.