FEMEN yenə çılpaq etiraz etdi

femen-yene-cilpaq-etiraz-etdi
Oxunma sayı: 673

Paytaxt Kiyevdə baş tutan aksiyaya qrupunun bir neçə üzvü qatılıb. Yarıçılpaq qadınlar 2012-ci il Avropa Çempionatının güldən hazırlanmış maskotu qarşısında "azadlıq" şüarları səsləndiriblər.

Təhlükəsizlik qüvvələri fəalları etiraza son qoymağa çağırsa da, bu mümkün olmayıb. Nəticədə isə polis güc tədbiq etməyə məcbur olub. Qarşıdurma zamanı qrupunun bütün üzvləri həbs edilib.

Qeyd edək ki, FEMEN etirazları ilk dəfə 2008-ci ildə Ukraynanın paytaxtı Kiyevdə baş qaldırıb. Aksiya qadın haqlarının qorunması, xüsusilə də, qadın ticarətinin qarşısının alınması məqsədi daşıyır.

anspress