Fərəc Quliyev Murad Atışın Diplom və mükafatını göndərdi

ferec-quliyev-murad-atisin-diplom-ve-mukafatini-gonderdi
Oxunma sayı: 675

Xatırladaq ki,2011-ci il may ayının 7-dən Milli Dirçəliş Hərəkatı Partiyası ( MDHP ) tələbələr arasında “Ən yaxşı yazı” müsabiqəsi keçirmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr olunmuş müsabiqədə Azərbaycan universitetlərində təhsil alan Azərbaycanlı və Türkiyəli tələbələr və Türkiyədə təhsil alan Azərbaycanlı tələbələr iştirak etmişdir.

Müsabiqə dörd istiqamət üzrə keçirilmişdir.

1. Azərbaycan-Türkiyə strateji əməkdaşlığını zəruri edən şərtlər.
2. Bir millət iki dövlətdən – bir millət bir konfederativ dövlətə.
3. Bir millət iki dövlət prinsipi ilə Türkiyə və Azərbaycan arasında daha
dərin inteqrasiya modelləri.
4. Dövlətçiliyimizin sütunlarından biri – Türkçülük

Müsabiqənin qaliblərini Azərbaycanda çalışan Türkiyəli müəllimlər və Azərbaycanlı müəllimlərdən ibarət münsiflər müəyyən etmişdir.
Müsabiqənin qalibləri mükafatlandırılmışdır.
1-ci yer üçün ( 1 nəfər ) – 800 AZN;
2-ci yer üçün ( 2 nəfər ) – 500 AZN;
3-cü yer üçün ( 3 nəfər ) – 300 AZN;
Bundan başqa qaliblər partiya tərəfindən xüsusi diplomlarla təltif olunmuşdur.