Fərəc Quliyev Rusiyaya etiraz etdi

<b>Fərəc Quliyev Rusiyaya etiraz etdi</b>
Oxunma sayı: 156

Elə həmin kənddə 1994-cü ildə Ermənistandan çaya buraxılan oyuncağı götürərkən iki uşaq ölmüş, biri isə yaralanmışdı. Bundan başqa, bu il martın 8-də erməni snayperi tərəfindən Ağdamda 11 yaşlı Fariz Bədəlov qətlə yetirilmişdi. Bu hallar Ermənistanın uşaq terroru ilə məşğul olduğuna dəlalət edir. Aygün Şahmalıyevaya gəldikdə, dəqiq deyə bilmərik, bəlkə də onlar artıq çoxdan Rusiya vətəndaşlığını qəbul edib. Ən azından, onun Sankt-Peterburqdakı məktəbdə təhsil aldığı bəllidir. Onlar həqiqətən də Rusiya vətəndaşıdırsa, deməli hadisəyə Moskvanın özü də kəskin reaksiyasını bildirməlidir. Bunu, ən azından, Rusiyanın öz vətəndaşının hüquqlarını qorumaq barədə konstitusiya öhdəliyi tələb edir. Məsələnin deyilən kontekstdə Rusiya ictimaiyyətinə çatdırılması üçün Sankt-Peterburqdakı Azərbaycan konsulluğu da fəaliyyətini gücləndirməlidir. Onlar, ən azından, təbliğat prosesinə start verməli və öz mövqeyini göstərməlidir. Həmin olayla bağlı ictimai-siyasi dairələrdə tədbirlər təşkil etməklə məsələyə Rusiya rəsmilərinin də münasibətinin sərgilənməsinə nail olmaq olar.

Millət vəkili Fərəc Quliyevin sözügedən məqama baxışı bir qədər fərqlidir: "Rusiyanın özü də bu məsələyə münasibət bildirməlidir. Hərçənd, hər hansı bir ölkə vətəndaşı başqa ölkəyə gedir və orada ona qarşı cinayət hadisəsi törədilirsə, getdiyi dövlətin qanunlarına uyğun olaraq məsələ aydınlaşdırılmalı, cinayətkarlar cəzalandırılmalıdır. Üstəlik, Rusiya qanunvericiliyində öz vətəndaşlarına, dünyanın harasında olmasına baxmayaraq, sahib çıxmaq haqda müddəa var. Hətta Rusiya vətəndaşlarının həyatına təhlükə yarandığı halda həmin ölkələrlə müharibə vəziyyətinə gedə bilmələri də burada qeyd olunub. Lakin Ermənistana münasibətdə ərköyün davranış onu göstərir ki, Rusiyanın özü də öz qanunlarına münasibətdə ikili standartlardan çıxış edir. Ermənistanı öz əyaləti kimi qəbul edib, ona görə də onun müəyyən hərəkətlərinə göz yumur. Azərbaycanın Rusiyadakı səfirlik və konsulunun, hakimiyyət orqanları və qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı deputatlarımızın müxtəlif səviyyələrdə bu istiqamətdə müraciətləri olub. Bu xətlə Rusiya kifayət qədər xəbərdar olunub. Rusiyanın buradakı səfiri başsağlığı verib. Proses onu göstərir ki, Rusiya da daxil olmaqla, üç vasitəçi işinin öhdəsindən gələ bilməyəcək və onlar qərəzli şəkildə erməni mövqeyindən çıxış edir. Belə təəssürat yaranıb ki, həmsədrlər münaqişənin yekun həllinə deyil, həlli mümkün olanları həll etməyə çalışır. Həlli mümkün məsələləri də daha çox tərəflərin üzərinə buraxır. Rusiyada da erməni diasporu güclüdür. Belə olmasaydı, hətta Rusiya vətəndaşının ermənilər tərəfindən öldürülməsinə Moskva belə susqunluq göstərməzdi. Ona görə də hesab edirəm ki, konsul və səfirliyin bu istiqamətdə iş aparmasından daha çox, ictimaiyyət Rusiyanın özünün bu məsələdə hətta öz vətəndaşını belə qurban verməyə hazır olduğu və erməniləri müdafiə etdiyini beynəlxalq ictimaiyyətə bildirməlidir. Rusiya başqa ölkələrdə vətəndaşlarına qarşı hadisə olanda ona ciddi reaksiya versə də, bu hadisə ilə göstərdi ki, maraqlarına uyğun olmayanda öz əhalisinə də sahib çıxmır. Onların öz qanunvericiliyi və baş verən hadisəyə istinad edib, Rusiyanın Qarabağ məsələsində tutduğu mövqeyi ifşa etmək qalır".

Digər millət vəkili Fazil Mustafa Rusiyanın öz vətəndaşının təhlükəsizliyini hər yerdə qorumağa borclu olduğunu diqqətə çatdırdı: "Onlar Rusiya vətəndaşıdırsa, onda Moskva öz vətəndaşının hüquqlarının qorunması istiqamətində müəyyən addımlar atmağa borcludur. Vətəndaşının hansı millətdən olduğundan asılı olmayaraq onlar bunu etməlidir. Həmin ailənin Rusiya vətəndaşı olub-olmadığını dəqiq bilmirik. Amma bu belədirsə, məsələ kifayət qədər ciddiləşir. Rusiya vətəndaşını qorumaq adı ilə Cənubi Osetiyaya və Abxaziyaya girirsə, onda bu addımı müəyyən dərəcədə Ermənistana qarşı da atmağı hər halda düşünə bilər və düşünməlidir. Hər şey məsələnin təbliğat yönündən asılıdır. Məsələni Rusiya ictimaiyyətinin diqqətinə çatdırıb, onlardan da dəstək almağa çalışmalıyıq. Peterburqdakı konsulluq da bu istiqamətdə aktiv ola bilər".

“Bakı xəbər”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi