Fərəc Quliyevdən Avropa İttifaqı məsuluna tərs şillə

ferec-quliyevden-avropa-ittifaqi-mesuluna-ters-sille
Oxunma sayı: 658

Sənədin priambulasında göstərilir ki,- “Bu sənəddə ifadə olunmuş fikirlər Avropa Parlamentinin rəsmi mövqeyini bildirmir və onlara görə məsuliyyəti müəllif daşıyır”. Müəllif cənab Daq Souranderdir.

Amma elə buradaca başqa bir ifadə var-“ Bu təlimatlandırma Xarici Siyasətlər üzrə Baş Direktorluğun Siyasət Departamentinin təşəbbüsüdür.”

Göründüyü kimi burada ciddi təzad var-sənəd bir nəfərindirsə, niyə Birliyin adından yayılır, Birliyindirsə niyə məsuliyyətdən imtina olunur!

Bu sənədin fəlsəfəsi əgər münaqişəni araşdırmaq və həll variantları axtarmaqdırsa onda, ədalətli, obyektiv yanaşma əsas şərtdir. Çox təəssüf ki, sənəddə ciddi təhriflərə yol verilir.Tarix bölümündə 1-ci abzasda göstərilir- “Dağlıq Qarabağ regionunun sərhədləri 1923-cü ildə Bolşeviklər tərəfindən müəyyən olunmuş və həmin əraziyə Azərbaycan daxilində muxtar vilayət statusu verilmişdir. Həmin vaxt Stalin Millətlərin işləri üzrə xalq komissarı idi. Bu qərarın səbəbləri heç vaxt tam açıqlanmamışdır. Daimi əhalisinin çox hissəsini ermənilər təşkil etsə də, iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı idi. Sovet hakimiyyəti zamanı etnik erməni hökmranlığı nədənsə azalsa da, öz gücünü saxlamışdı.”
İfadələrdə Qarabağın müstəqil, yalnız iqtisadi cəhətdən Azərbaycana bağlı göstərilməsi cəhdi var, üstəlik tarixi baxış bucağı 1923-cü ildən götürülür. Tarixə işıq salma istəyi varsa, 1923-cü ilə qədərki status-kvo niyə aydınlaşdırılmır?

Cənab Daq Sourander, axı ermənilər özləri Qarabağa 1828-ci ildə köçürülmələrinə Xankəndində (Stapanakert) abidə ucaldıblar. Həm də ermənilər Rusiya və İran arasındakı Türkmənçay müqaviləsinə əsasən təkcə Qarabağa deyil, o tarixdə əzəli Azərbaycan torpağı olan İrəvan xanlıgına-indiki Ermənistana da köçürüldü və sonradan burada Rusiya forpost bir Ermənistan dövləti qurdu.

Sənəddə tarix bölümü 3-cü abzasda göstərilir”-1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı azərbaycanlı millətçilər tərəfindən anti-erməni və anti-sovet hərakatlarının zorakılığı başladı. Qorbaçov fövqəladə vəziyyət elan etdi, Sovet qoşunları şəhərə daxil oldu və toqquşmalar çoxlu sayda insanın həyatına son qoydu.”

Yenə də çox qərəzli təhrifə yol verilir-1990-cı ildə Bakıda anti-sovet hərəkatı, yəni müstəqillik uğrunda hərəkat gedirdi və rusiya da bu hərəkatı boğmaq ücün Bakıya qoşun yeritdi. Tarixi oxusaydınız, bilərdiniz ki, Rusiya Pribaltikada, Gurcüstanda, Qazaxıstanda, xeyli əvvəlsə Şərqi Avropada-Macarıstanda, Polşada eyni səbəbdən qırğınlar törətmişdi. Siz düşünürsünüz ki, orada da anti-erməni hərəkatı gedirdi? Ermənistandan fərqli olaraq Azərbaycan monoetnik dövlət deyil, burada indi də 20000-dən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayir. Siz Ermənistanda bir nəfər Azərbaycanlı göstərə bilərsinizmi?

Sənədin 2.2 Regional inkişaf üçün zəruriliyi bölümündə göstərirsiniz-“Ermənistandan keçən birbaşa birləşmələr isə iqtisadi cəhətdən daha sərfəli ola bilərdi. Yol üçün çəkilən əlavə xərclər çox güman ki, ümum-regional əməkdaşlıq üçün buraxılmış imkanların iqtisadi dəyərinin yalnız bir hissəsidir.”

Bu ifadənin əvvəlinə təklif edirəm ki, əlavə olunsun-Ermənistan BMT-nin 4 qətnaməsinə əməl edərək işgalçı ordularını geri çəkərək elan olunmamiş, ədalətsiz müharibəyə son qoyarsa.

Yenə 2.2 bölümündə göstərilir-“ Azərbaycanla münaqişə nəticəsində təcrid və təhlükədə olan Ermənistan Rusiyadan olduqca asılı vəziyyətdədir. Münaqişə regionda güclü rolunu saxlamaqda Rusiyanın xeyrinədir.”

Rusiya regionda yeni dünya düzəni qurulmasında,demokratik dəyərlərin üstün vəziyyətə gətirilməsində maraqlı deyil. Deməli, bu münaqişə təkcə Azərbaycanın problemi deyil və beynəlxalq instutlar movcud status-kvonu dəyişməlidir.İşğala məruz qalan Azərbaycan ilə işğalçı Ermənistan arasında bərabərlik işarəsi qoyulmamali,Rusiyanın Ermənistan adlı maşa ilə regionu qarışdırması önlənməlidir. Bu maşa –Ermənistan beynəlxalq güclərin real təsiri ilə işgalçı siyasətinə son qoymalıdır.

Sənədin bu bölümündə Azərbaycanın guya regional əməkdaşlığa mane olduğuna işarə edilir-“ Sərhədlərin açılması və əməkdaşlığın qurulması istiqamətində olan türk-erməni cəhdləri Azərbaycanın Türkiyəyə bu məsələdə olan təzyiqi nəticəsində uğursuz oldu və üç Cənubi Qafqaz ölkəsi və Rusiya ilə birlikdə təhlükəsizlik və əməkdaşlıq platformasının yaradılmasına dair Türkiyənin cəhdi də nəticəsiz qaldı.”Beynəlxalq hüquqa hörmətsizlik edən Ermənistanın zorla yaratdiğı ədalətsiz status-kvo dəyişdirilmədikcə işğalçılıq siyasəti presidentə cevrilir.Ermənistanın işğalına beynəlxaq təsisatların loyal münasibəti və cəzasizlıq pis presidenti cox gözlətmədi.Ermənistan artıq Türkiyəyə qarşı da aciq ərazi iddiası ilə cıxış etdi.Ermənistan prezidenti Sərkisyan erməni gəncliyinə müraciət etdi-“Biz Qarabağı tutduq,siz də Ağrını tutun”.Bu çağırışda iki məsələ önə çıxır-1.Ermənistan Qarabağı işğal etdiyini etiraf edir.Yəni bəzilərinin iddia etdiyi kimi bu problem Qarabagda yaşayan erməni əsilli azərbaycanlıların hər hansı səbəbdən hərəkətliliyinin nəticəsi deyil,məhz Ermənistanın ərazi iddialı ədalətsiz müharibəsi və işğaldır.2.Ermənistan beynəlxalq hüquq normalarına hörmətsizlik edir,cəzasizlıqdan ruhlanaraq digər qonşusu olan Türkiyəyə də qarşı ərazi iddiası ilə çıxış edir.Deməli, sənəddə göstərildiyi kimi Türkiyənin Ermənistanla sərhədləri açmaması Azərbaycanın təziqinə görə deyil.Ermənistanın Türkiyəyə ərazi iddiası etməsi,indiyə qədər Türkiyənin Beynəlxalq birliklər tərəfindən tanınan sərhədlərini Ermənistanın tanımaması əsas amildir.Türkiyə ərazilərinə iddiaları reallaşdırmaq üçün saxta bir sözdə” erməni soyqırımı”oyunu da oynanılır.Çox təəssüf ki,bu oyunda ATƏT-in Minsk qrupuna daxil olan vasitəçi dövlətlər də iştirak edir.Burada ən nümayişkaranə rolda Fransa görünür.Saxta “soyqırımı” oyununda TTTT-tanıma,tanıtma,təzminat,torpaq projesini həyata keçirmək istəyən Ermənistana Türkiyə tərəfdən haqlı olaraq sərhədlərin açılmamasını, bu sənəddə qərəzli şəkildə Azərbaycanın təziqi nəticəsi kmi göstərmək doğru deyil.Sizin qənaətinizin əksinə olaraq, göründüyü kimi Türkiyənin “problemsiz qonşuluq”siyasətinə mane olan ya öz iradəsi və ya Rusiyanın iradəsi ilə problem yaradan Ermənistandır.Təklif edirəm ki,sənəddə təhrif olunmuş izah yerinə,yuxarıda göstərdiyimiz həqiqət yazılsın.
2.3 Ermənistanda və Azərbaycanda yerli siyasi hadisələrlə əlaqə bölümündə yazılır- “Dağlıq Qarabağ münaqişəsi yalnız mübahisəli ərazilərdəki vəziyyəti və regiondakı beynəlxalq əlaqələri müəyyən edən məsələ deyil.”

BMT-nin dörd məlum qətnaməsində də göstərilir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib,müharibə gedən ərazilər Azərbaycan əraziləridir və Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır.

Siz bu qətnamələrlə tanış olmamış deyilsiniz,onda hazırladıgınız sənəddə ”mübahisəli ərazilər” terminini yazmagınız izahat tələb edir. Sənəddə daha sonra göstərirsiniz ki,Sovet İttifaqının dağılmasından sonra münaqişə müharibəyə çevrildi.Bu müharibəni Ermənistan Sovet ittifaqının dəstəyi ilə başlatmışdı və Qarabagda Moskva xususi komitə qurmuşdu.Siz özunuzü, əvvəlki bolümdə öz ifadələrinizlə təkzib edirsinz .2.1 Qısa tarix bölümunə baxın.Bunu yazmaqda məqsədiniz tərəf kimi Ermənistanı yox, Azərbaycanın erməni əsilli vətəndaşlarını göstərməkdir. Amma yuxarıda da gostərdik ki, BMT-nin 4 qətnaməsi günahkarı dəqiq göstərir. Bu Azərbaycanın Qarabağ bölgəsinin əvvəl daglıq, sonra aran ərazilərinin Ermənistan tərəfindən işğalıdır.

2.7 Aİ və AP-nin mövqeləri bölümündə insanların öz müqəddəratını təyin etmə prinsipinin vacibliyini xüsusi qeyd edirsiniz. Əvvəla ermənilər öz müqəddəratlarını təyin ediblər.Tarix bölümünə iradlarımda bildirdiyim kimi, həm də əzəli Azərbaycan torpağinda - İrəvan xanlıginda. 2. harada erməni yaşayırsa orada dövlətmi qurmalıdırlar?Axı erməni diasporası Ermənistan əhalisindən çoxdur,bu halda ermənilər bir çox ölkələrdə ərazi iddia edib dövlət qurmalıdırlar. 3. Siz 2.4 bölümündə göstərirsiniz ki, Qarabağda münaqişəyə qədər 40000 qeyri-erməni əsilli Azərbaycanlı var idi.(baxmayaraq ki,rəqəm kiçildilib və yenə də məsələlərə yaxın tarix bucağından-sovet dönəmindən baxilır.) Bu Azərbaycanlıların qovulduğunu göstərirsiniz. Bunun ardınca da AQS-nin Ermənistana dair Fəaliyyət planı-maddə 4.2-də daxil olmaqla Qarabağda insanların öz müqəddəratını təyin etmə hüququndan danışırsınız. Bu absurd deyilmi? Əvvəl Ermənistan, Sizin də etiraf etdiyiniz kimi, Azərbaycan ərazilərini işğal edir, 40000 Türkəsilli Azərbaycanlını yurdundan qovur. Sonra da monoetnik və işğal ordusu nəzarətində ”demokratik” şəkildə öz müqəddəratını təyinetmə proseduru həyata keçirilir.Budurmu ədalətli yanaşma?Bu yanaşma işğal faktını qanuniləşdirmək cəhdi deyilmi?

2.7 bölümündə göstərilir-“ Avropa Qonşuluq Siyasətinin xülasəsinə müvafiq olaraq, Aİ münaqişənin həllinə dair səylərə daha fəal dəstək vermək niyyətində olduğunu elan etmiş və Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi bu kontekstdə heç bir dəyərə malik deyil. Aİ-nin hansı dəstəyi verəcəyi isə qaranlıq olaraq qalır. Minsk Qrupunun həmsədrlərinin vasitəçilik formatı sual altına alınmır”. Bu abzasda Aİ-nin münaqişənin həllinə dair səylərə daha fəal dəstək verəcəyi vurğulanır,lakin,özünüzün də etirafı olaraq,Aİ hansı dəstəyi verəcəyi də qaranlıq qalır.Amma Rusiya-Gürcüstan müharibəsində heç bir qaranlıq olmadan real addımlar atıldı.Biz bunu alqışlayiriq,amma Azərbaycana münasibətdə də eyni davranışı gözləyirik.

Üstəlik bu sənəddə 2.7 bölümündə göstərirsiniz ki,Minsk qrupu həmsədrlərinin vasitəçilik formatı sual altına alınmır.Hətta Minsk qrupu həmsədrlərinin özləri belə son 20 ildə bu qrupun heç bir nəticə əldə etmədiyini etiraf edirsə, Sizin tərəddudlü mövqe və qiymətləndirmə suallar dogurur.

Üstəlik sənəddə son abzasda Ermənistanın Minsk qrupuna istinadən Aİ-na təziqləri məsələsinə toxunmanız,sualları daha da tündləşdirir.Abzası göstərirəm- “Ermənistan AP-ni qoşunların geri çəkilməsi məsələsini vurğuladığına görə ciddi tənqid etmiş və bu kontekstdə tez-tez Minsk Qrupu həmsədrlərinin AP qətnaməsindən bir qədər sonra verilmiş bəyanatından sitat gətirir. Bəyanatda deyilir ki, Baza Prinsiplərini təşkil edən paketin bəzi elementlərini digərlərindən üstün tutmaq cəhdi tarazlaşdırılmış həllə nail olmağı qeyri-mümkün edəcək”.

Mən 2011-ci ilin yayında Aİ ali təmsilçisi xanım Katrin Eştona müraciət göndərdim.Müraciətdə təklif edirdim ki,Qarabağ münaqişəsində vasitəçilik missiyasında əsas rolu Aİ öz üzərinə götürsün və Minsk qrupu yardımçı rola keçirilsin.Mən yenə təkidlə mövqeyimdə qalıram və belə bir təklifin olduğunu da hazırladığınız sənədə daxil etməyi məqsədəuyğun sayıram.

Hörmətli cənab Daq Sourander,ümid edirəm ki,hazırladıgınız sənəddə irad və təkliflərim nəzərə alınacaqdır.

Sayğılarla Fərəc Quliyev
10 yanvar 2012-ci il.