Fərəc Quliyevin Avronestin Bakıdakı sessiyasında çıxışı

ferec-quliyevin-avronestin-bakidaki-sessiyasinda-cixisi-
Oxunma sayı: 661

Hesabat layihəsi

Iliana Malinova Iotova, Artak Zakaryan

(AP101.201v01-00)

Hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və vətəndaş cəmiyyətinin səlahiyyətlərinin artırılmasına yönəldilmiş islahatlar da daxil olmaqla, Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinin gücləndirilməsi.

Avronest Parlament Assambleyasında
Azərbaycan nümayəndə heyyətinin üzvü Fərəc Quliyev tərəfindən düzəliş təkifəri.

Hörmətli parlamentarilər, hesab edirəm ki,yaxşı sənədin qəbul olunması kifayət deyil.Bu sənədin real işləməsi üçün maneələr aradan qaldırılmalıdır.Təkliflərimin mahiyyətində də məhz bu dayanır.Aşağıdakıların müvafiq paraqraflara əlavələ olunmasini təklif edirəm:
(1) A bəndi. Mədəni irsin qorunmasını və inkişaf etdirilməsini labüd sayır,müxtəlifliyi qorumaq üçün etnik təmizləmələri,işgal olunmuş ərazilərdə zorla köçürülmüş aborogen xalqların mədəniyyət abidələrinin dağıdılmasını yolverilməz hesab edir.

(2) Paraqraf- 2. Regional dialoqun əməkdaşlıq və təhlükəsizlikdə əhəmiyyətini qeyd edir və dialoqda tərəf olan vətənindən qovulmuş insanların reportasiyasını vacib sayır.

(3) Paraqraf- 2. Bu çağırışa mane olan hərəkətlərin və hərəkətsizliyin aradan qaldırılması üçün beynəlxalq qurumların qəbul etdiyi sənədlərin icrasına çağırır.

(4) Paraqraf- 13. Yerli özünü idarəetmədə iştirakın təmini, seçkili orqanlara seçmək və seçılmək üçün yaşayış yerlərindən zorla qovulmuş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını zəruri sayır.

(5) Paraqraf- 17. Avropa birliyinin cənub və şərq qonşularına maliyə yardımı ayrıldıqda münaqişə bölgəsində tərəfdaşlardan hər hansı birinin ərazi bütövlüyünü pozan və suverenliyinə xələl gətirən dövlətlərə bu yanaşma tətbiq olunmur.

(6) Paraqraf- 18. Aİ qonşuluğu ərazisinin bir hissəsi olduğu halda qonşuları ilə bağlı işğal və yerli əhalini məcburi deportasiya siyasəti həyata keçirən ölkələrlə dərin və hərtərəfli azad ticarət zonası və digər öhdəliklər barədə danışıqlar aparmasının məntiqsizliyini vurğulayır; qeyd edir ki,bu beynəlxalq qanunlara göz yumulması,işğal faktına biganəlik kimi dəyərləndirilir və pis pressedent yaradır.


Nəhayət sonda, Zakaryanın Qarabag dogumlu ermənilərlə bağlı replikasına cavab vermək istəyirəm.Bəli Qarabaöda doğulan ermənilər burada 2000 il də yaşaya bilərlər,hətta Bakıda belə iyirmi mindən artıq erməni yaşayır.Azərbaycan dövləti dəfələrlə bəyan edib ki,Daqliq Qarabag da daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərindən işğalçı ordu çıxdıqdan sonra Azərbaycan özünün erməni əsilli vətəndaşlarının bütün ,o cümlədən yaşayış hüquqlarını müdafiə etməyə hazırdırşDiqqətinizə görə təşəkkür edirəm.