Fərhad Abdullayev: “Onlar uğursuz, paxıl adamlardır” - Açıqlama

<b>Fərhad Abdullayev: “Onlar uğursuz, paxıl adamlardır” -<font color=red> Açıqlama </b></font>
Oxunma sayı: 178

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev son günlər bəzi mətbuat orqanlarında dissertasiyası ilə bağlı yer alan yazılara münasibət bildirərkən deyib. Onun sözlərin görə, böhtanla məşğul olan həmin qəzetlərin redaksiyalarında bilməli idilər ki, ölkədə dissertasiya işlərinin müdafiəsi müəyyən olunmuş qaydada keçirilir və bu, çoxpilləli prosesdir: ilkin müzakirələr, ekspertlərin və komissiyanın rəyi, seminarlar, sonda isə müdafiə. Azərbaycan Respublikasında elmi adlar qanunvericiliklə tənzimlənən, mötəbər elmi qurumlar və dövlət orqanlarının, nüfuzlu alimlərin təmsil olunduğu elmi şuralar tərəfindən keçirilən ciddi müzakirələrin və yoxlamaların nəticələri əsasında verilir. Bu cür müzakirə və yoxlamaların əsas predmetini dissertasiyanın müvafiq elmi dərəcə üçün irəli sürülən tələblərə cavab verib verməməsi, tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti, həmçinin plagiat olub olmaması baxımından təftişi təşkil edir.

Mənim dissertasiya işimdə mövzu ilə bağlı 400-dən çox alimin araşdırmasına müraciət olunmuş, onların fikir və rəyləri müqayisəli şəkildə təhlil edilmiş, Azərbaycan və dünya təcrübəsi ilə bağlı konseptual nəticələr əldə edilmişdir. Dissertasiya işi 18 nəfər nüfuzlu alimdən ibarət olan Elmi Şura tərəfindən dinlənilmiş, müzakirə olunmuş və müsbət rəy verilmişdir. Hətta bir çox xarici mütəxəssislər və alimlər dissertasiya işinə müsbət münasibət bildirmişlər. Göründüyü kimi, qəzetlərində dissertasiya işimlə bağlı qərəzli məlumatlar yayan redaksiyalar təkcə mənim elmi fəaliyyətim deyil, çox nüfuzlu alimlərin rəylərini də şübhə altına almışlar.

Həmin redaksiyalarda ən azı onu da bilməli idilər ki, Konstitusiya Məhkəməsi hakiminin fəaliyyəti, eyni zamanda, elmi-praktiki işdir. Bu, bütün dünyada belədir. Misal üçün, Rusiya Konstitusiya Məhkəməsi hakimlərinin əksəriyyəti həm də elmi fəaliyyətlə məşğuldur. Hətta bu məhkəmənin hakimi Ebzeyev, eyni zamanda, hakimliklə bərabər xeyli müddət Rusiya Ali Attestasiya komissiyasının sədr müavini olmuşdur.

Onu da deyim ki, adətən anonim məktub, material yazanlar həyatda müvəffəqiyyətsizliyə düçar olan, uğursuz, paxıl, cəmiyyət üçün heç bir fayda verməyən adamlardır. Belələrindən yaxşı heç nə gözləmək olmaz. Həmçinin, anonim məktub əsasında mahiyyətini şər, böhtan, iftira təşkil edən yazı hazırlayıb mətbuat səhifəsinə çıxarmaq da jurnalist etikası ilə bir araya sığmır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi