Fətullah Gülən ağladı - Video

fetullah-gulen-agladi-video
Oxunma sayı: 717

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri baş nazir Ərdoğanın Türkiyəyə qayıt çağırışına cavab verən Fətullah Gülən deyib.

O, çıxışında hönkürtü ilə ağlayaraq Ərdoğan özünə yaraşanı etdi. Amma bu ilk deyil, cənab prezedent də məni dəvət edib: “Dünya adına heç bir sevdam olmadı. Heç bir şeyə bağlanmadım. Həyatımda çox şeylər ayağım qədər gəldiyi halda buda mənim üçün olsun demədim. Hətta 45 yaşda olarkən 44 yaşımda, bəlkə, məni asarlar deyə düşündüm. 55 yaşında düşündüm ki, bəlkə, indi asarlar. 66 yaşım oldu, yenə indi asarlar dedim. Mən həmişə bu xəyallarla yaşadım. Rəbbim buna şahiddir.

Ömrüm vəfa edərsə, burada qalmağı ölkəmə, millətimə, ölkəmdə olan o şeylərə zərər verməmək üçün, burnumun ucu göynəsə belə uzaqlaşaraq ABŞ-da qalacam və yaşayacağam”.

Qeyd edək ki, Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən 10-cu Beynəlxalq Türk dili Olimpiadasının bağlanış mərasimində ad çəkmədən Fətullah Gülənə “Türkiyəyə dön” çağırışı edib.