Fətullah Gülənin tərəfdarlarına sui-qəsdlər ola bilər - Proqnoz

fetullah-gulenin-terefdarlarina-sui-qesdler-ola-biler-proqnoz
Oxunma sayı: 676

Türkiyənin “Taraf” qəzetinin köşə yazarı Əmrə Uslunun ortaya atdığı iddia bu gün Türkiyə gündəminin qarışdırıb. “Qafqazinfo” xəbər verir ki, Uslu “qorxuram 2012-ci il asan keçməyəcək” başlıqlı bu günkü köşə yazısında Fətullah Gülən camaatına məxsus insanlara sui-qəsdlər olacağı ehtimalını dəyərləndirib. O, 2004-2005-ci illərdə missionerlərin gündəmə gətirilməsindən sonra Hrant Dinkin necə öldürüldüyünü misal gətirərək, bu günlərdə də eyni formada Gülən camaatının hər gün müzakirə mövzusuna çevrildiyini və bunu da xeyr əlaməti olmadığını bildirib: “Mənim fikrimcə Gülən camaatının hədəfə çevrilməsi üçün bir zəmin hazırlanır. Bu Gladio qılıncı kimi iki tərəfi də - həm kürd, həm də türk millətçilərinin eyni zamanda camaata saldırmaları üçün psixoloji münbit mühit yaradılması üçün qurulmuş bir oyundur. Bu səbəbdən də 2012-ci ildən çox narahatam”.

Aynur