Fətullah Gülənin var-dövləti açıqlandı

fetullah-gulenin-var-dovleti-aciqlandi
Oxunma sayı: 643

Amerikanın CBS telekanalının məşhur “60 dəqiqə” verilişi Fətulla Güləni “yaşayan ən önəmli 2-3 islam alimindən biri” kimi təqdim edib. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, proqramda Gülən hərəkatının təkcə ABŞ-da 130 özəl məktəbə sahib olduğu, həmin məktəblərdə 20 mindən çox şagirdin təhsil aldığı qeyd olunub. Bu məktəblərdə təhsil almaq üçün 30 mindən çox şəxsin isə növbədə durduğu vurğulanıb.

Bu məktəblərdə din yerinə riyaziyyat və fizikanın tədris olunduğu və Gülənin internet səhifəsində öz müridlərinə “fizika, cəbr və kimya öyrənmək Allaha ibadətdir” fikirlərini aşıladığı qeyd olunub.

Proqramda Gülənin müsəlman dünyasında güc toplamağa davam edən ruhani lider olduğu, onun milyonlarla davamçısının isə Güləni Qandi və Martin Lüter Kinq kimi gördüklərini iddia edilib.

Türkiyədəki milyard dollarlıq Gülən imperatorluğunun yüzlərlə məktəblərlə yanaşı, televiziya kanalları, bir böyük banka, ölkənin ən iri ticarət şəbəkəsi və qəzetə sahib olduğu deyilib.

ABŞ-da Gülən məktəblərinə dövlətin 150 milyon dollar ayırması isə ABŞ rəsmi dairələrində müzakirə mövzusuna çevrildiyi qeyd olunub. ABŞ-ın Pensilvaniya əyalətində yaşayan Gülənin oradan Türkiyəni idarə etməyə çalışması ilə bağlı müzakirələrlə də yer verilib.

Səidə