Fəzail Ağamalı paraddan danışdı

fezail-agamali-paraddan-danisdi
Oxunma sayı: 675



Bakıda bazar günü Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə hərbi parad keçirilib.

"Həm canlı qüvvələrin, həm hərbi texnikanın təqdimatında çox böyük yeniliklər var idi. Əvvəlki illərlə müqayisədə ciddi irəliləyişin olduğu bir daha özünü göstərdi", - Ağamalı deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Ordusu sözün həqiqi mənasında Cənubi Qafqazda ən güclü ordu olduğunu bu il nümayiş etdirdi.

Onun fikrincə, bazar günü nümayiş olunan parad hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradıb.

"Son zamanlar mətbuatda Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinə və potensialına malik olması barədə yayılan fikirlər bu gün özünü əyani şəkildə göstərdi", - Ağamalı vurğulayıb.

Hərbi paradda Silahlı Qüvvələrin 6 min nəfərlik şəxsi heyəti, 400-ə qədər hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-a yaxın silah, 14 zirehli transpartyor, 35 döyüş vertolyotu, 22 döyüş, 8 təlim-məşq təyyarəsi, 28 gəmi, kater və digər növlər nümayiş etdirilib.