FHN barışığa çağırıldı

fhn-barisiga-cagirildi
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçən məhkəmə prosesində Sabirabad rayonunun Ulacalı kənd sakini Hüseynağa Hüseynovun iddia ərizəsinə baxılıb. Cavabdeh tərəflərdən Fövqaladə Hallar Nazirliyinin vəkili İlhamə Turabova, cavabdeh tərəfdən isə H. Hüseynov və onun nümayəndəsi Oqtay Gülalıyev iştirak edib. Tərəfləri dinlədikdən sonra hakim onları barışığa dəvət edib. Proses oktyabrın 26-da davem edəcək.

Qeyd edək ki, Kür daşqınları ilə bağlı H. Hüseynov dəymiş maddi ziyana görə FHN-nin 22 900 manat, mənəvi ziyana görə isə 10 min manat kompensasiya ödəməsini tələb edir

Xatırladaq ki, Kür daşqınları ilə bağlı vətəndaşların mülkiyyətinə dəyən ziyanın ödənilməsi tələbi ilə keçirilən məhkəmə proseslərində vətəndaşların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. İddiaçılardan Saatlı rayon Dəllər kənd sakini Lazım Umudovun iddiası təmin olunub və artıq hazırda ona yaşadığı ünvanda ev tikilir.