FHN islamçıların tədbirinin qarşısını aldı

fhn-islamcilarin-tedbirinin-qarsisini-aldi
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, tədbirin başlamasına on dəqiqə qalmış yarımstansiyada baş vermiş qəza ilə bağlı binaya elektrik enerjisinin verilməsi dayandırılıb. “Bakıelektrikşəbəkə”nin əməkdaşları gün ərzində elektrikin verilməsinin mümkün olmayacağını bildirsələr də tədbir təşkilatçıları bayram tədbirini davam etdirmək qərarı alıblar. Azərbaycan himni səsləndirildikdən və Quran oxunduqdan sonra İslam Partiyasının sədr əvəzi Elçin Manafovun çıxışı zamanı təşkilatçılarına zalı boşaltmaqla bağlı xəbərdarlıq edilib. Xəbərdarlığa əməl edilmədiyi təqdirdə FHN-nin əməkdaşlarının tədbir iştirakçılarını zorla çıxaracağı bildirilib. Bu səbəbdən də tədbir yarımçıq saxlanılıb.

Xatırladaq ki, tədbirə dini inanclı insanlar, ziyalılar, Azərbaycan siyasi partiyalarının nümayəndələri dəvət olunmuşdular.