FHN-nin Akademiyasında qan töküldü - Yenilənib

fhn-nin-akademiyasinda-qan-tokuldu-yenilenib
Oxunma sayı: 1612

Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Akademiyanın müdavimi 20 yaşlı Əkbər Məmmədov münaqişə zəminində digər müdavim 19 yaşlı Şəhriyar Hacıyevə bıçaqla xəsarət yetirib.

Qanlı hadisənin təfərrüatları məlum olub. Əldə etdiyimiz məlumata görə, bıçaqlanan Şəhriyar Hacıyev manqa komandiridir. Onu bıçaqlayan Əkbər Məmmədovun tabeliyində olub. Münaqişənin başlanğıcı da elə onların bir manqada olduğu vaxtdan başlayıb. Ötən gecə Akademiyanın yataqxanasında Ş.Hacıyev əl-üzünü yuyan zaman bıçaqlanıb.

Hər iki şəxs Akademiyanın 2-ci kurs müdavimidir.

Əkbər Məmmədov tutulub. Faktla bağlı araşdırma aparılır.