FIFA Lənkəranın stadionundan imtina etdi

fifa-lenkeranin-stadionundan-imtina-etdi
Oxunma sayı: 650

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, FİFA Təşkilat Komitəsi ¼ finalda Braziliya və Almaniya yığmaları arasında Lənkəran şəhər stadionunda təşkili nəzərdə tutulan qarşılaşmanın da yeni tikilən arenada oynanılmasına qərar verib.

Lakin görüş yerinin dəyişdirilmə səbəbi açıqlanmayıb. Əvəzində Lənkərandakı matça bilet əldə etmiş azarkeşlərdən çempionatın Yerli Təşkilat Komitəsinə müraciət etmələri məqsədəuyğun sayılıb. Beləliklə, əyalətdəki arena yalnız qrup mərhələsinin 3 oyununu qəbul edib.

Qeyd edək ki, dünya çempionatının ¼ final mərhələsinin daha bir oyunu oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda olmalı idi. Lakin həmin gün “Neftçi”nin İtaliya “İnter”i ilə Avropa Liqası matçına çıxacağını nəzərə alan Təşkilat Komitəsi mundialın həmin görüşünü də 8-ci km stadionuna keçirib. Respublika stadionunda dünya çempionatının 3-cü yer uğrunda və final matçları baş tutacaq. Hər iki oyun oktyabrın 13-də olacaq.