FİFA yığmamızın oyununun nəticəsini ləğv edir

fifa-yigmamizin-oyununun-neticesini-legv-edir
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi xəbərə görə, buna həmin matçın hakimlərinin dəyişdirilməsi əsas gətirilir. Əvvəlcədən oyunu Əli Həmadın idarə edəcəyi müəyyənləşdirilsə də, sonradan məlum olub ki, görüşü Əli Zarouni Mohammed idarə edir.

AFFA rəhbərliyinin müraciətindən sonra FİFA da oyunu şübhə altına alıb. Artıq FİFA-nın rəsmi saytında milli komandamızın Dubay hazırlığı çərçivəsində 3 yox, 2 oyun keçirdiyi yazılıb. 0:2 hesabı ilə uduzduğumuz matçın nəticəsinin ləğv olunacağı gözlənilir.

Ceyhun Əhmədov