Film meydançasına silahlı hücum oldu

film-meydancasina-silahli-hucum-oldu
Oxunma sayı: 656

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Nurgül Yeşilşayın baş rolu oynadığı “Ayrılıq olmasaydı” serialının Diyarbəkirdə çəkilişləri zamanı bir qrup PKK tərəfdarı olan gənc çəkiliş meydançasında hücum edib.

Partlayıcı maddəllərlə hücum edənlər hərəkətlərini “kürd xalqına qarşı irqçi-şovinisr filmlərə təpki olaraq həyata keçirdiklərini” açıqlayıblar.

Baş verən hadisədən sonra serialın çəkilişləri Mardinə köçürülüb.

Serialın yaradıcı heyəti həyatlarının təhlükə altında olduqlarını bəyan etdikdən sonra çəkilişlərə bir həftə fasilə verilmişdi.