“First Lady”dən İslama dəstək - Foto

first-ladyden-islama-destek-foto
Oxunma sayı: 647

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Almaniyanın eks “First Lady”si Bettina Vulf qılıncı və sarığı olan bir müsəlman döyüşçünün qollarında təsvir edilib.
Manşetdə isə “Qərb ayağa qalxdı – Bettina Vulf Məhəmmədin filmini çəkir” ifadələri yazılıb.

“Titanik” jurnalının baş redaktoru Leo Fişer “Der Spiegel” jurnalına açıqlamasında bildirb ki, “Müsəlmanların məsumiyyəti” kimi ucuz provakasiyalar dünyanın dörd bir tərəfində insanları qəzəbləndirib: “Belə vəziyyətdə Bettina Vulfun da İslamın ucuz tənqidi ilə dəstək almaq istəyəcəyi düşünülə bilər. Bu, sadəcə ürək bulandırır”.

Jurnalın redaktoru “Charlie Hebdo” adlı fransız jurnalının Məhəmməd Peyğəmbərin karikaturasını dərc etməsi məsələsinə toxunaraq onu da əlavə edib ki, satirik jurnallar hər şeyi edə bilər və etməlidir.