Fizuli Ələkbərov federasiyanın prezidenti seçildi

fizuli-elekberov-federasiyanin-prezidenti-secildi
Oxunma sayı: 672

Federasiyadan “Qafqazinfo”ya verilən məlumata görə, konfransda 4 illik hesabat dinlənilərək, səs vermə yolu ilə təsdiqlənib.

Sonra səs vermə əsasında federasiyanın rəhbər orqanlarına növbəti müddət üçün seçkilər keçirilib və Fizuli Ələkbərov yekdilliklə Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsinə seçilib. Tədbirdə həmçinin üzvlər tərəfindən Federasiyanın vitse-prezidenti vəzifəsinə Asif Əsgərov, Matvey Yelizarov və Elnur Kələntərov layiq görülüblər.

Konfransda İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyən olunub və İcraiyyə Komitəsinin baş katibi vəzifəsinə Elnur Camalxanov seçilib. Yekunda Azərbaycan Cüdo Federasiyasının yeni strukturu müzakirə edilərək təsdiq olunub.