“Foqts heç yerə getməyəcək” - Açıqlama

foqts-hec-yere-getmeyecek-aciqlama
Oxunma sayı: 651

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu “Qafqazinfo”ya verdiyi açıqlamada Foqtsun Azərbaycan yığmasından getməyəcəyini bildirdi: “Başqa yığmalardan təklif gəlirsə, deməli, Berti Foqtsu yüksək qiymətləndirirlər. Lakin bizim Foqtsla 2013-cü ilin sonuna qədər müqaviləmiz var. Doğrudur, istənilən müqavilə qarşılıqlı razılıq əsasında pozula bilər. Bu, işin hüquqi tərəfidir. Lakin Foqtsu göndərmək fikrimiz yoxdur. Həmçinin o özü də müqavilə şərtlərini sonadək yerinə yetirməyə söz verib. Yəni Foqts 2013-cü ilin sonuna kimi Azərbaycan yığmasının baş məşqçisi postunda qalacaq”.

Qeyd edək ki, 65 yaşlı Foqts 2008-ci ilin aprel ayından yığmamızın “sükanı arxasında”dır.

Ceyhun Əhmədov