Foqts yığmadan gedir

foqts-yigmadan-gedir
Oxunma sayı: 644

Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında maraqlı fikirlər səsləndirib.

Azərbaycan futbolundakı və yığmasındakı inkişafdan danışan Foqts bildirib ki, bütün bunlar elə də asan deyil: “Həqiqətən futbolda kompleks inkişafa nail olmaq çox çətindi. Bu ölkənin futbolçuları beynəlxalq səviyyəli oyunçulardan geri qalırlar. Klublarda məşqlər heç də peşəkar səviyyədə keçirilmir. Hərdən turlar arası futbolçulara istirahət verilir”.

Foqts azərbaycanlı futbolçuların legioner həyatı yaşamaqda maraqlı olmamasını da əsas problemlərdən sayır: “Təəssüf ki, bu da böyük problemdi. Sadəcə, Azərbaycanda yerli futbolçular əcnəbilərdən çox qazanırlar. Buna görə də heç kim iş yerini dəyişməkdə maraqlı olmur. Mən çalışıram ona nail olum ki, hər futbolçu layiq olduğu pulu alsın”.

Almaniyalı mütəxəssis onun komandasını gözləyən qarşıdakı oyunlardan da danışıb: “Qışa kimi Albaniya ilə yoldaşlıq oyunumuz var. Qışda isə Kiprlə oynamaq planlarımız var ki, bu da səfərdə olacaq. Amma o oyunlardan öncə Avstriya ilə evdə, Türkiyə ilə səfərdə baş tutacaq çox çətin qarşılaşmalarımız olacaq”.

Foqts sonda yığmamızdakı gələcək taleyinə də toxunub: “Mənim AFFA ilə müqaviləmin müddəti yanvarda başa çatacaq. Müqaviləni yeniləyəcəyəmmi? Bunu bilmirəm. Lakin öncə dediklərimdən belə qənaət hasil edərək güman ki, onu uzatmayacağamı deyə bilərəm”.