Fransa islama səcdə edir

fransa-islama-secde-edir
Oxunma sayı: 750

Hudzon Universitetinin yayımladığı hesabata görə, Fransada islam çox sürətlə yayılmaqdadır. “Qafqazinfo”nun məlumatına görə, hesabatın nəticələri bir çox fransız siyasətçinin narahatlığına səbəb olub. Araşdırmalara görə, ölkədə çox sayda fransız dinini dəyişərək müsəlman olmağı seçir. Fransa Müsəlman Şurasının rəhbəri Məhəmməd Moussaouninin verdiyi açıqlamada hazırda ölkədə inşası davam edən 150 məscid olduğu deyilir. Son 10 ildə Fransada tikilən məscidlərin ümumi sayı 2000-dən çoxdur. Fransa Katolik kilsəsinin verdiyi rəqəmlərdə isə son 10 ildə ölkədə açılan kilsə sayının cəmi 20 ədəd olduğu məlum olub. Altmışdan çox kilsə isə bağlanıb. “French Institute of Public Opinion”un araşdırmalarına görə, fransız xalqının sadəcə yüzdə 4-ü davamlı olaraq kilsəyə getdiklərini, müsəlmanların isə yüzdə 41-i məscidə getdiklərini bildiriblər. Hesabata əsasən müsəlmanlar dinlərinə xristianlardan daha çox sahib çıxırlar. Hesabatın sonunda Hudzon universiteti məscidlərinin sayının artmasını Avropanı islamlaşdırma siyasətinin bir hissəsi olduğunu və avropalı müsəlmanların Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan ilham aldığını iddia edib. Hesabatın fransızları qıcıqlandıraraq Norveçdə baş verən son qətliamın Fransada da təkrarlanacağı ilə bağlı iddialar səslənməkdədir.

Səidə