“Fransa Minsk Qrupunun həmsədrliyindən getməlidir”

fransa-minsk-qrupunun-hemsedrliyinden-getmelidir
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması ilə bağlı Fransa Parlamentinin aşağı palatasının qəbul etdiyi qanunla bağlı Azərbaycan parlamentinin edəcəyi müraciətlə bağlı çıxışında deyib. O bildirib ki, Fransa Senatına göndərdiləcək müraciətdə açıq və birmənalı şəkildə qeyd edilməlidir ki, ya Senat Fransa Parlamentinin aşağı palatasının qərarını ləğv etməlidir, ya da Fransa ATƏT-in Minsk Qrupu həmsədrliyindən getməlidir: “Son günlər Azərbaycan cəmiyyətində yaşanan narahatçılıq göstərir ki, Fransa parlamentinin “erməni soyqırımını” inkara görə cəza qanunundan sonra bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk qrupunda həmsədr kimi ədalətli və obyektiv fəaliyyət göstərməsinə inam yoxdur. Azərbaycanda artıq elə bir insan yoxdur ki, Fransadan bu məsələdə ədalətli mövqe gözləsin. Bu müraciətdə birmənalı olaraq göstərməliyik ki, əgər Senat qanunu qəbul etsə və Fransa prezidenti tərəfindən təsdiqlənsə bu ölkə artıq həmsədr kimi fəaliyyətini davam etdirə bilməz”.